Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Odlar Yurdunun baharı” adlı sərgi keçiriləcək

Aprelin 25-də Azərbaycanın Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistanın Təsviri İncəsənət Qalereyasının (TİQ) və Azərbaycanın Dövlət Rəsm Qalereyasının birgə təşəbbüsü ilə TİQ-nın sərgi salonunda Azərbaycan rəssamlarının akvarel janrında çəkilmiş tablolarından ibarət “Odlar Yurdunun baharı” adlı sərgisi keçiriləcək.
Simsar.az xbər verir ki, sərgi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub.
Sərgidə Özbəkistanın tanınmış rəssamları, sənətşünaslar, Özbəkistan Rəssamlıq Akademiyasının nümayəndələri, Kəmaləddin Behzad adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edəcəklər.
İki gün davam edəcək sərgidə Azərbaycan rəssamları Azad Şıxəliyev, Hafiz Kərimov, İlahə Əliyeva, Humay Axundova, Məmmədhüseyn Hüseynov, Asif Cəfərov, Elşad Hüseynov və başqalarının 50-yə yaxın tablosu nümayiş etdiriləcək.

Günel






18 Aprel, 2014  09:40 Baxılıb: 903 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner