Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Qəzalı ağaclarla bağlı işləri çatdırmırıq”

Simsar.az xəbər verir ki, redaksiyaya daxil olan şikayət məktubuna görə Bakının Səbail rayonu Buxta küçəsi 76 ünvanında qəzalı vəziyyətdə olan ağac məhəllə sakinləri üçün əməlli başlı baş ağrısına çevrilib. Çürüyən ağac hər gün aşma təhlükəsi ilə üz-üzə qalır. Paytaxt üçün xarakterik olan küləkli hava təhlükə hissi ilə yaşayan sakinlərə böyük qorxu hissi yaşadır. Məsələyə səlahiyyətli orqanların münasibətini öyrəndik.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi hansısa ağacın kəsilməsi ilə bağlı yalnız rəy və təklif verə bilər”. Bunu Simsar.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. “Biz qəzalı vəziyyətdə olan ağaclarla bağlı rəylərimizi Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfat Birliyinə göndəririk. Məsələnin icra prosesi yəni, yıxılmış və yıxılmaqda olan ağacın kəsilməsi, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfat Birliyinin səlahiyyətindədir”.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi bitkilərin mühafizəsi idarəsinin rəisi Nurəddin Rzayev isə bildirir ki, qəzalı vəziyyətdə olan ağacların sayı çoxdur. "Bu səbəbdən daxil olan bütün sənədləri icra etməyə çatdırmırıq. Dövlət Ekspertiza idarəsindən daxil olan bütün sənədləri icra edirik. Sizin qeyd etdiyiniz məsələ də öz həllini tapacaq".

Aysel Kərimova






17 Aprel, 2014  15:40 Baxılıb: 742 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner