Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rektor: “Tibb Universitetinə xarici ölkələrdən axın var”

ATU ilə Təbriz Tibb Universiteti arasında protokol yeniləndi
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Təbriz Tibb Universitetindən gələn nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov, Təbriz Tibb Universitetinin rektoru Doktor Məhəmmədhüseyn Sumi, İranın ölkəmizdəki səfiri Möhsün Pakayin və Tehranın səhiyyə sahəsində digər tanınmış mütəxəssisləri iştirak ediblər.
Görüş zamanı rektor Əhliman Əmiraslanov ATU-nun Təbriz Tibb Universiteti ilə sıx əməkdaşlığının olduğunu xatırladaraq, münasibətlərin daha da genişləndirilməsinə ehtiyac olduğunu qeyd edib: “İran İslam Respublikasının bütün ali məktəbləri, ümumiyyətlə, səhiyyə sistemi ilə əlaqələrimiz genişdir. Lakin Təbriz Tibb Universiteti ilə münasibətlərimiz daha yaxındır. İndiyə kimi dəfələrlə qarşılıqlı səfərlərimiz olub”.
Qonaqlara ATU ilə bağlı məlumat verən rektor bildirib ki, universitet Azərbaycan üçün həkim, əczaçı, stomatoloq hazırlayan yeganə tibb müəssisədir: “Universitetimizə ildə 1000 nəfərə yaxın tələbə qəbulu aparılır. Xarici ölkələrdən də Tibb Universitetinə axın var, maraq çox böyükdür. Hətta müraciət edənlərin hamısını qəbul edə bilmirik. İrandan hazırda universitetimizdə 300-dən çox tələbə təhsil alır”. Millət vəkili xarici ölkələrdən olan tələbələrin təhsili, davranışı və s. barədə də qonaqlara məlumat verib.
Təbriz Universitetinin rektoru da münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirib. O, Təbriz Tibb Universiteti ilə ATU arasında protokolun yenilənməsinə ehtiyac olması fikri ilə razılaşdığını söyləyib. Rektor Sumi rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə əlaqədar məlumat verib, Azərbaycanla yanaşı, digər ölkələrin universitetləri ilə əlaqələrin gücləndiriləcəyini deyib.
Sonda universitetlər arasında sazişin yenidən imzalanması mərasimi olub. Sənəd iki universitet arasında mütəxəssislərin və tələbələrin mübadiləsi, birgə konfrans və simpoziumların keçirilməsi, ixtisasartırma kurslarının təşkili və digər birgə fəaliyyəti nəzərdə tutur.









17 Aprel, 2014  15:32 Baxılıb: 696 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner