Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Gənc müğənni nələrlə “vidalaşdı” - FOTOSESSİYA

“Əgər bir qadın saçını dəyişirsə demək ki,  həyatını da dəyişəcək”

Səhnəyə gəldiyi gündən eyni obrazda olan gənc müğənni Afaq Aslan sözünə əməl etmədi. İfaçı “heç vaxt qara saçlarımla vidalaşmaram” deməyinə baxmayaraq saçlarını boyadı. Simsar.az-a danışan Afaq, imici ilə yanaşı şəxsi həyatını və repertuarını da dəyişir: “İstedadlı bəstəkar və hər kəsin yaxşı tanıdığı jurnalist Azər Nəsibovdan yay üçün mahnı aldım. Olduqca ritmik bəstədir. O mahnının xit olacağına iddialıyam. Ümumiyyətlə, repertuarımda xeyli dəyişiklik olacaq. Yeni mahnılar ifa edib, kliplər çəkdirəcəyəm. Hazırda yeni layihələr üzərində işləyirəm”.

Müğənni, Koko Şanelin “Əgər bir qadın saçını dəyişirsə demək ki, həyatını da dəyişəcək” – deyimini əlində bayraq edərək köklü dəyişikdən bəhs edir: “Saçımı heç vaxt dəyişməyəcəm demişdim. Amma deyəsən, mən də şou-biznesin “qaydalarına” əməl edirəm. Deyilənin əksini edirəm (gülür). İndi daha cavan göründüyümü düşünürəm. İmicimdə mənim üçün riskli hesab olunan dəyişiklik sənətimdə stimul verdi. Oxumaq, yaratmaq və yaşamaq istəyirəm. Bunun üçün də saçlarımla birgə köhnə və məni sıxan hər şeyə, hər kəsə “vida” dedim”.






17 Aprel, 2014  14:48 Baxılıb: 1407 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner