Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir traktor payladı

Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniyadan, Hollandiyadan və Belçikadan gətirilmiş 157 ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olub.

Simsar.az-ın məlumatına görə, Respublikanın 25 rayonundan gəlmiş sahibkarın iştirak etdiyi tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilib. Xüsusilə Almaniya istehsalı olan 50 ədəd “Klaas”, Hollandiya istehsalı olan 87 ədəd “New Holland” və Belçika istehsalı olan 20 ədəd “Sampo” taxılbiçən kombaynları və onların texniki göstəriciləri ötən il biçin kampaniyasında kombayn sarıdan çətinliklə üzləşən sahibkarlarda böyük maraq doğurub.

Nazir Heydər Əsədov təqdimat mərasimində çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yükunlarına həsr olunmuş iclasında ölkə başçısının bu sahənin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələrdən danışıb. Nazir qeyd edib ki, yaxın vaxtlarda aqrar sektorla bağlı yeniliklər gözlənilir. Nazir gətirilən yeni texnikanın texniki göstəriciləri və istismar qaydaları barədə məlumatların Azərbaycan dilinə tərcümə edilərək internetdə yerləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verib. Mərasimdə yerlərdə texnikaya olan təlabatın öyrənilməsinin zəruriliyi də vurğulanıb. Belə ki, ehtiyac olmayan texnikanın alınıb gətirilməsi yersiz vəsait xərcinə səbəb olardı. Sahibkarlar bu gün otbağlayan texnikaya, xüsusilə yüksək texniki göstəriciləri ilə fərqlənən “Klaas” markalı otbağlayanlara ehtiyacları olduqlarını bildiriblər. Bununla əlaqədar lazımı tədbirlər görüləcəyi, ehtiyac duyulan hər hansı texnikanın alınıb gətirilməsi üçün kifayət qədər vəsaitin olduğu qeyd olunub.

Axırda sahibkarlara 12 ədəd kombaynın açarları təqdim edilib.






16 Aprel, 2014  23:13 Baxılıb: 2170 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner