Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İşdən çıxarılan icra başçıları danışdı

Prezident İlham Əliyevin 16 aprel sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan İrşad Əliyev sərəncam haqda danışıb.

İrşad Əliyev qeyd edib ki, vəzifədən azad olunması haqqında sərəncamı müsbət qiymətləndirir: “Bundan da çox işləməkmi olar? Böyük hörmət, izzət göstərilib, etibar edilib, işləmişəm. İndi isə işdən azad olunmağım haqqında sərəncam verilib. Nəinki vaxtında verilmiş, hətta deyərdim ki, bir qədər yubanmış qərardır. Sərəncamı çox səmimi qəbul etdim”.

Keçmiş başçı deyib ki, yaşı 70-i ötüb və səhhəti də yaşına uyğundur.

“Vəzifədən azad olunmaq üçün müraciət etmişdinizmi?” sualına İrşad Əliyev belə cavab verib: “Belə şeyləri açıqlamağa ehtiyac yoxdur. Prezidentin sərəncamı ortadadır və mən bunu çox səmimi qəbul edirəm. Qalan məsələlərə toxunmağa ehtiyac yoxdur. 1969-cu ildən vəzifələrdə işləyirəm. Bu müddətdə müxtəlif vəzifələrdə olmuşam, dövlətin tapşırıqlarını yerinə yetirmişəm. Daha bəsdir" ("Media forum").

Prezidentin bu gün imzaladığı sərəncamla işdən çıxarılan Ağdam rayonunun icra başçısı Nizami Sadıqov son günlər qalmaqallı xəbərlə medianın diqqətində idi.

B neçə gün əvvəl “QAİ Şahin” adlı bir şəxsə qumarda 50 min manat pul uduzması haqda xəbər yayılmışdı. Bu xəbərlə bağlı dünən mətbuata  açıqlama verən N. Sadıqov xəbəri təkzib etmişdi. O, belə bir adam tanımadığını demişdi: "Bu məlumatlar tamamilə yalan, cəfəngiyat və təxribat məqsədi daşıyır. Mən ümumiyyətlə, "QAİ Şahin” adında adam tanımıram. Kim nə yazırsa, yazsın, əgər bizim əleyhimizə nəsə pis şey yazırlarsa, deməli, o adamlar Azərbaycana düşmənçilik edirlər. Erməni kəşfiyyatı hər zaman işləyir, bizi izləyir. Bu cür məlumatları görüb deyəcəklər ki, burada bir icra başçısı var, avaranın biridir. Belə şey etmək olmaz, bu təxribatdır. Vallah, mən "QAİ Şahin” adında adam tanımıram”.







16 Aprel, 2014  20:22 Baxılıb: 739 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner