Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elmar Məmmədyarov ATƏT PA prezidenti ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçlə görüşüb. Azərbaycan XİN-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub və parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb. E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib və Azərbaycanın münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu qeyd edib. O, həmçinin beynəlxalq təşkilatlar tərəfindən münaqişənin həlli ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələrin qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfindən onların icra olunmadığını bildirib. Bu baxımdan Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyətin münaqişənin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.







16 Aprel, 2014  19:47 Baxılıb: 632 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner