Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yeni rektor 2 dekanı işdən çıxardı

Dövlət İqtisad Universitetində kadr dəyişiklıyi olub. Universitetin mətbuat xidmətindən Simsar.az-a verilən görə, ADİU-nun rektorunun imzaladığı əmrə əsasən, Mikayıl Zeynalov ali təhsil ocağının iqtisadi məsələlər üzrə prorektoru təyin edilib.

Beynəlxalq iqtisadi münasibətlər və Ümumi iqtisadiyyat fakültələrinin dekanları Müzəffər Məmmədov və Kamil Qafarov, eləcə də Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər Rövşən Quliyev tutduqları vəzifədən azad edilib.

Rektorun digər əmri ilə Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekan müavini Mənsur Bərxudarov həmin fakültənin, Türk dünyası işlətmə fakültəsinin dekan müavini Asiman Quliyev isə Ümumi iqtisadiyyat fakültəsinin dekanı təyin olunub.

Universitetin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Nazim Hacıyev isə Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər təyin edilib.







16 Aprel, 2014  19:14 Baxılıb: 714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner