Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cəsarət Valehov:”…yaxşı təlim ala biləcəklər”

Bu gün Bakıda Təhsil Naziriyi tərfindən internat məktəblərinə verilmiş avtobusların və ümumtəhsil məktəblərinin əmək kabinetləri üçün alınmış müasir avadanlıqların təqdimatı keçirilib. Simsar.az xəbər verir ki, təqdimat mərasimində Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, KİV təmsilçiləri, müəllimlər, valideynlər və şagirlər iştirak ediblər. İlk olaraq 11 nömrəli internat məktəbində Təhsil Nazirlynin tabeliyində olan müvafiq təhsil müəssisələri üçün alınmış 7 ədəd “Hyundai County” nəqliyyat vasitəsi təqdim olunub. 11 saylı İnternat Məktəbinin direktoru Gülnarə Abdullayeva bildirib ki, internat məktəbində 800 şagird təhsil alır: “ Onların 126-sı xüsusi qayğıya ehtiyacı olanlardır. Digər 72 nəfəri günərzi qayğı mərkəzində yaşayırlar. Bu uşaqlar az təminatlı ailələrdən olan 3-6 yaşarası olan uşaqlardır. Ümumilikdə isə 600 uşaq ətraf kəndlərdən olan az təminatlı, bir valideynini və ya hər iki valideynini itirmiş uşaqlardır. Hansı ki, onlar nənə, baba himayəsində yaşayırlar.” G.Abdullayevanın sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara 10-cu sinifə qədər təhsil alırlar və onlara xüsusi proramlarla tədris keçirilir: “Az təminatlı uşaqlar isə normal ümumtəhsil məktəblərində təhsil alırlar və onlara müxtəlif peşə bacarıqları öyrədilir. Hansı ki, onlar mərkzi bitirdikdə peşə məktəblərinə göndərilir və ya sonra bu peşələrlə iş tapa bilirlər. Daha çox xüsusi qayğıya ehtiyacı olan uşaqlar Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin himayəsinə keçirilir və onların vasitəsilə xüsusi mərkəzlərə göndərilir.” Direktor vurğulayıb ki, Mərkəzdə ümumilikdə 97 müəllim uşaqların tərviyəsi ilə məşğul olur. C.Valehov isə deyib ki, istər internat, istərsə də peşə təhsili müəssisələri üçün Təhsil Nazirliyinin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, təchizat vəsaitlərimiz yeniləri ilə təmin olunsun: “ Bununla uşaqlar əmək vərdişlərnə daha yaxşı yiyələnməlidirlər.” C.Valehovun sözlərinə görə, son 25 il ərzində Təhsil Nazirliyi ilk dəfə olaraq hazırda peşə məktəblərində istifadəyə verilmiş Avropa istehsalı olan 11 təlim maşını alıb: “Bu günlərdə 37 kənd təsərrüftı texnikası peşə təhsili müəssisələrinə veriləcək. Bununla da gənclərimiz müasir texniki vasitələrin köməyi ilə daha yaxşı təlim ala biləcəklər.” Daha sonra isə 26 nömrəli tam orta məktəbin əmək kabinetləri üçün alınmş avadanlıqların təqdimat mərasimi keçirilib. Qeyd edilib ki, paytaxtda 52 ümumtəhsil məktəbinin 104 əmək kabineti müasir tələbərə cavab verən müasir avadanlıqlarla təmin olunub. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bu tədbirlər şagirdlərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, fiziki əməyə hörmət ruhunda tərbiyə olunması və onların tədris nailiyyətlərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.

Aysel Kərimova






16 Aprel, 2014  13:58 Baxılıb: 700 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner