Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İctimai Palatadan bəyanat

Koordinasiya Şurası gənc fəalların həbs və təqiblərindən, Bəxtiyar Hacıyevin işgəncəyə məruz qalmasından hiddətlənib

Martın 5-də ötən ilki parlament seçkilərində müstəqil namizəd kimi iştirak edən, gənc fəal Bəxtiyar Hacıyev qurama ittihamla həbs olunub. Sonradan məlum olmuşdur ki, həbsdə olduğu zaman Bəxtiyar Hacıyev dəfələrlə döyülüb, təhqir olunub, ona işgəncə verilib. 

Bəxtiyar Hacıyev öz əli ilə yazdığı müraciətdə hətta intihar edə biləcəyini bildirib. Aydındır ki, ölkəmizin yüksək təhsilli, fəal gənclərindən birinin həyatına real təhlükə yaranıb.
İP-nın Koordinasiya Şurası hesab edir ki, Bəxtiyar Hacıyevin həbs olunmasının və ona olan antiinsani münasibətin əsas səbəbi Bəxtiyar Hacıyevin ötən ilki parlament seçkilərində baş vermən total saxtakarlığı ifşa etmək, gəncləri müsbət dəyişikliklər uğrunda mübarizəyə səfərbər etmək və 11 martda müstəqil gənclərin etiraz aksiyasının təşkilinə kömək etmək istiqamətindəki fəaliyyətidir.
Bəxtiyar Hacıyevin həbsi iqtidarın AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının həbsi ilə başladığı yeni repressiya dalğasının tərkib hissəsidir.
Bəxtiyar Hacıyevdən dərhal sonra mülki geyimli şəxslərin AXCP-nin gənc fəalı Dəyanət Babayevi oğurlaması, faktiki olaraq iki gün bu haqda bütün informasiyaların gizlədilməsi, Babayevin yaxınlarının, əqidədaşlarının gərgin bir narahatlıq içində saxlanılması, sonradan onun tam əsassız bəhanəylə 10 sutka cəzalandırilması da hakimiyyətin planlı bir işgəncə hərəkətidir.
12 mart tarixinə Müsavat partiyasının mitinq təyin etməsindən sonra polisin Müsavatçı gənclərə də təqib və təzyiqi başlayıb.

İctimai Palatanın Koordinasiya Şurası gənc fəalların həbs və təqiblərindən, Bəxtiyar Hacıyevin işgəncəyə məruz qalmasından hiddətləndiyini bildirir. Qurama ittihamlarla həbs edilən gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlının barəsində açılan cinayət işlərinin xitam edilməsini, onların dərhal azad olunmasını Azərbaycan hakimiyyətindən tələb edir. Bəyan edir ki, Bəxtiyar Hacıyev və digər siyasi məhbusların həyatına görə İlham Əliyev başda olmaqla indiki hökumət məsuliyyət daşıyır.
İP hakimiyyəti gəncliyə və bütünlüklə cəmiyyətə qarşı başlanan bu kampaniyadan əl çəkməyə və məsuliyyətli olmağa çağırır.
İP hesab edir ki, Azərbaycan hakimiyyətinin israrla gərginlik və aqressiya yaradan davranışı, insanları hüquq və azadlığına göstərilən hörmətsizlik cəmiyyətdə arzuolunmaz proseslərin başlanmasına əsas yaradır. Baş verəcək istənilən neqativ hadisələrə görə Azərbaycan hakimiyyətinin cavabdeh olduğunu ölkə rəhbərliyinə xatırladılır.






7 Mart, 2011  21:27 Baxılıb: 1411 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner