Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kreditlər depozitlərdən 2 dəfə bahadır

Bankların fəallığı azalıb

Azərbaycan bank sistemində manatla ayrılan kreditlərin illik faiz dərəcələri 2011-ci ilin fevralın 1-nə orta hesabla hüquqi şəxslər üzrə 14,4%, fiziki şəxslər üzrə 19,85% təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-ECONOMICS”ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən hüquqi şəxslərdən cəlb edilən manat depozitlərinin orta faiz dərəcəsi illik 6,27%-ə, fiziki şəxslər üçün isə 11,83%-ə bərabərdir.

Beləliklə, hüquqi şəxslərə verilən kreditlər həmin təbəqədən cəlb edilən depozitlərdən 2,3 dəfə, fiziki şəxslərə verilən kreditlər isə əmanətlərdən 1,7 dəfə bahadır. Ortalama göstəricilər üzrə isə kreditlərin faiz dərəcəsi depozitlərin faiz dərəcəsindən 1,5 dəfə artıqdır.

Bank kreditləri üzrə faiz dərəcəsi ilə depozitlərin faiz dərəcəsi arasındakı fərqdən bankın faiz mənfəəti formalaşır. Bu göstərici isə Azərbaycanda tədricən azalır, çünki bankların kreditləşmə sahəsində fəallığı azalır, banklar riskləri nəzərə alaraq kredit əməliyyatlarında nəzərə çarpan dərəcədə şərtləri sərtləşdirib ki, bunun nəticəsində banklar kredit və depozitlər arasında faiz fərqini yüksək səviyyədə saxlamaq məcburiyyətindədir. Vəziyyəti müəyyən dərəcədə sağlamlaşdırmaq, o cümlədən kreditləri ucuzlaşdırmaq üçün bankların maliyyə resurs bazasında ən bahalı resurs olan depozitlərlə yanaşı daha ucuz vəsaitlərin olması lazımdır.






7 Mart, 2011  20:51 Baxılıb: 1571 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner