Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Kəsilən ağacların əvəzinə 10 misli yeniləri əkiləcək” – Açıqlama

“Ötən gün Bakı-Sumqayıt yolunda ağacların kəsilməsi dövlət əhəmiyyətli yolun genişləndirilməsi ilə bağlıdır”. Bu məlumat Simsar.az-a Ekologiya Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilib. “Bu cür dövlət əhəmiyyətli layihələr icra edilərkən ağac kəsimi ETSN ilə razılaşdırılır. Bəzi hallarda qanuni yolla ağac kəsiminə icazə verilir. Belə olan halda ağac kəsilməsi halları ola bilər. Bakı-Sumqayıt yolunda kəsilən ağacların yaşı ötdüyündən, onların köçürülməsi mümkün olmadığından məcbur olduq ki, həmin ağacların kəsilməsinə icazə verək. Orada nə qədər ağac kəsiləcəksə, əvəzində 10 misli qədər yeni ağaclar əkiləcək. Dövlət əhəmiyyətli layihələr olanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr 173 nömrəli qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında Meşə Fonduna daxil olmayan ağac, kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydasının 7-ci bəndinin tələblərinə uyğun olaraq ETSN ilə razılaşdırılmalıdır. Belə ki, qurumuş ağaclar kəsilir, köçürülməsi mümkün olan ağaclar başqa əraziyə köçürülür və kəsilmiş ağacların əvəzinə başqa ərazilərdə on misli ağac əkilir”.

Gülşanə Mustafayeva






15 Aprel, 2014  16:51 Baxılıb: 862 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner