Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

FHN açıqlama yaydı

Elçin Həmidovun ölümü ilə bağlı rəsmi məlumat verildi

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə FHN-ə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi texnika vasitəsilə qalxaraq onaltı mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olub və giriş qapısını açıblar. 

Mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Elçin Həmidov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində E. Həmidovun vəfat etdiyi müəyyənləşib.

Qeyd edək ki, E. Həmidovun meyiti martın 5-də aşkarlanıb.

Elçin Həmidov 1958-ci ildə anadan olub, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib, 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. E.Həmidov tamaşaçılara daha çox «Planeta parni iz Baku» qrupunun tamaşalarındakı Məzi rolunun ifaçısı kimi tanınıb.






7 Mart, 2011  20:25 Baxılıb: 1525 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner