Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ramil Səfərovun kitabı təqdim ediləcək

Təqdimat martın 9-u saat 15:00-da Gəncliyə Yardım Fondunda olacaq

Macarıstanda ömürlük həbs cəzası almış Azərbaycan zabiti Ramil Səfərovun macar dilindən tərcümə etdiyi kitabın təqdimatı keçiriləcəkdir. 

Simsar.az -ın verdiyi xəbərə görə, təqdimat mərasiminin təşkilatçısı kitabın naşiri “AssA-İradə” xəbər agentliyidir. Tədbirə Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ Bürosu və “AzerNews” qəzeti dəstək verir. Təqdimat martın 9-u saat 15:00-da Gəncliyə Yardım Fondunda keçiriləcəkdir.

Qeyd edək ki, Ramil Səfərov macar yazıçısı Maqda Sabonun “Qapı” romanını tərcümə edibdir. Psixoloji melodram kimi qələmə alınmış romanın əsas qəhrəmanları qadınlardır. Bu, həm də macar dilində orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərdir.

Kitabın redaktoru, “AssA-İradə” xəbər agentliyinin baş direktoru Fazil Güney (Abbasov) Səfərovun bu işini Azərbaycan ədəbiyyatına böyük xidmət kimi dəyərləndirir. O, macar dilini universitet auditoriyalarında deyil, məhbəsdə öyrənməyini taleyin ironiyası sayaraq bildirib : “Səni həbsxanaya atmış, sənə gərəyindən qat-qat artıq cəza kəsmiş ölkənin yazıçısını sevə-sevə öz xalqına təqdim etmək hər oğulun işi deyildir. Hansısa xalqı sevib hörmət etmədən onun dilini öyrənib, yazıçısının əsərini tərcümə etmək çox çətindir. Ramildə uğurla alınmış bu iş onun ürəyinin böyüklüyünün, xırda duyğuların fövqünə qalxmaq bacarığının göstəricisidir “.

Xatırladaq ki, hazırda 34 yaşı olan Səfərov 2004-cü ildə NATO-nun Macarıstanda keçirilmiş təlimi zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinərək, Budapeşt Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.






7 Mart, 2011  19:54 Baxılıb: 1741 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner