Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MÜĞƏNNI İSTEDADLI, YOXSA SAVADLI OLMALIDIR?

Ekspertlər bu məqama aydınlıq gətirir

Azərbaycanda ali təhsil almadan müğənni olmaq mümkündür. Çoxları bunu istedadla əlaqələndirir. Yəni estrada üçün əsas və yeganə meyarın səs olduğunu hesab edirlər. Müğənni olandan sonra da uyğun ixtisasları bitirənlər var. Lakin istedadını ali təhsillə daha da inkişaf etdirənlərin sayı azlıq təşkil edir. Bu apardığımız kiçik araşdırmada təsdiqini tapdı.


Müğənnilərin hansı ixtisas üzrə təhsil aldıqlarına diqqət yetirək

Ağadadaş Ağayev – ilk ali təhsili - Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumtexniki fənlər və fizika fakültəsi, ikinci təhsili - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, mədəni-maarif işi fakültəsi
Faiq Ağayev – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsi
Ədalət Şükürov – Sankt-Peterburq İncəsənət Akademiyası (hazırda bu universitetin elmlər namizədidir)
Aygün Bəylər – Asəf Zeynallı adına Musiqi Kolleci, ali təhsili yoxdur
Eyyub Yaqubov – Asəf Zeynallı adına Musiqi Kollecini, fortepiano şöbəsi, ali təhsili yoxdur
Nadir Qafarzadə - Asəf Zeynallı adına Musiqi Kollecinin opera müğənnisi və musiqi müəllimi ixtisası, ali təhsili yoxdur
Zamiq – Asəf Zeynallı adına Musiqi Kollecinin xanəndəlik sinfi
Tünzalə Ağayeva – Gəncə şəhərində H.Hüseynli adına musiqi məktəbi, Bir neçə il Tovuz rayonunda musiqi müəlliməsi işləyib, ali təhsili yoxdur
Səyyad Əlizadə - Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
Aygün Kazımova, Abbas Bağırov, Natəvan Həbibi, rəqqasə Sevda, Rəhim Rəhimli, Rəqsanənin nin heç bir ali təhsili yoxdur

Müğənnilər üçün ali təhsilin olması nə qədər önəmlidir? Bu barədə Simsar.az bəzi sənət bilicilərinin rəyini öyrəndi.

Yazar Ceyhun Musaoğlu: “Əslində hər kəsə ali təhsil almaq lazımdır. Amma ali təhsilin olmaması da qüsurlu deyil. Konkert müğənnilərə gəldikdə onların arasında xeyli sayda təhsil alanlar da var. Amma ağızlarının danışığını bilmirlər. Soruşursunuz ki, müğənni üçün intellekt lazımdırmı, bizə intellekt lazım deyil. Xalqın adından danışmasınlar, gedib mahnılarını oxusunlar. Pis oxusalar qulaq asmarıq, yaxşı oxusalar qulaq asarıq”.

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bilidirdi ki, müğənni üçün ali savad yox, ali səviyyə önəmlidir: “Ali səviyyəli insan, artıq şəxsiyyət kimi formalaşmış insandır. Bura dünyagörüşü, intellektual bilik, insanın əxlaqı və mənəviyyatı da aiddir. Vacib deyil ki, müğənninin mütləq diplomu olsun”.
B. Vəziroğu sənətini bilən müğənnilərin az olduğunu qeyd etdi: “Kimin hansı səviyyədə olduğunu efirdən asanlıqla görmək olur. Hamısı göz önündədir. Müğənni ağzını açmasa belə, səviyyəsinin nə yerdə olduğunu bilirəm. Bu onların sifət cizgilərində belə, öz əksini tapır”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin dekanı, əməkdar artist Vamiq Məmmədəliyev bir qədər fərqli fikirdədir: “Bəziləri deyir ki, səsim var və mənə bəsdir. Buna belə yanaşmaq doğru deyil. Kimsə mikrafonu əlinə götürüb oxumaqla müğənni ola bilməz. Müğənni sənətinə tam yiyələnmək üçün ali savad almaq çox önəmlidir. İstər estrada müğənnisi olsun, istər xanəndə, solfeciyanı, musiqi tarixini, nəzəriyyəsini, ədəbiyyatını bilməlidir. Bu sənətə gəlmək istəyənlər səhnə mədəniyyətindən, səhnə danışığından, rəqsdən mütləq məlumatlı olmalıdır. Bütün bunlar həm də ona görə lazımdır ki, müğənni Azərbaycanı xaricdə, qastrollarda yaxşı təmsil edə bilsin”.
Xanəndəlikdən danışan V. Məmmədəliye qeyd etdi ki, bu səntin özəlliyi oxuduğu qəzəlləri dinləyicilərə doğru çatdırmaqdır: “Qəzəllərdə ərəb, fars sözləri var. Xanəndə heç olmasa əruzu bilməli, ifa etdiyi əsərdə məzmunu xırdalamağı bacarmalı, dinləyiciyə doğru çatdıra bilməlidir”.
Dekanın sözlərinə görə, musiqi savadı əslində orta təhsildən başlayır: “Qədim dövrdə görkəmli xanəndələrin çoxu mollaxananı qurtarırdı. Onlar Fizulini, Nizamini, Seyid Əzimi çox gözəl bilirdilər. İndi orta ixtisas və musiqi məktəbini bitirib, öyrəndiklərini ali məktəbdə daha dərindən mənimsəmək gərəklidir. Bu bilikləri toplayaraq, get-gedə təkminləşdirib savadlı xanəndə olmaq olar”.

Arifə Mikayılova






7 Mart, 2011  18:56 Baxılıb: 3473 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner