Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

3-ü kəsildi

5 həkim imtahandan maksimum bal topladı

İndiyədək imtahanlarda iştirak edən həkimlərdən 274-ü ikinci mərhələyə keçə bilib

Səhiyyə Nazirliyinin həkimlərin sertifikasiyası məqsədilə martın 2-də keçirdiyi test imtahanının nəticələrini açıqlayıb. Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, mamalıq-ginekologiya və pediatriya ixtisasları üzrə keçirilən imtahanda ümumilikdə 122 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərin 98 faizi (119 nəfər) uğurlu nəticələr əldə edib.


Budəfəki imtahanda 3 nəfər ikinci mərhələyə keçmək üçün tələb olunan 60 balı toplaya bilməyib. Həmin tibb işçilərindən biri 57, ikincisi 52, üçüncüsü isə cəmi 42 bal toplaya bilib. Xatırladaq ki, imtahanın şərtlərinə əsasən, həkimlər 3 saat ərzində 100 sualdan ən azı 60 suala düzgün cavab verməlidir. Hər sual 1 balla qiymətləndirilir. Bu şərti ödəyən həkimlər növbəti mərhələyə - 5 il müddətinə sertifikat almaq üçün müsahibəyə buraxılır.


İmtahanda 60 baldan aşağı nəticə göstərənlər isə yenidən imtahan verməlidir. İkinci imtahanda da tələb olunan keçid balını toplaya bilməyən həkimlərin praktik tibb fəaliyyəti göstərə bilməzlər. Onlar yalnız bir müddət də hazırlaşıb yenidən imtahan verməli və sertifikasiya üçün tələb olunan balı toplamalıdırlar.






7 Mart, 2011  18:02 Baxılıb: 1454 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner