Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

"Eurovizion 2014"də Ermənistanı qalib etmək istəyirlər

Simsar.az xəbər verir ki, bu il "Eurovizion 2014" mahnı müsabiqəsində Ermənistanı qalib etmək istəyirlər. Artıq eurovision.tv bu istiqamətdə təbliğata başlayıb. Mart ayından etibarən, Avropa Yayımları Birliyi (EBU) öz saytında bütün qaydaları pozaraq, fasiləsiz olaraq ermənilərin təqdim etdiyi mahnının reytinqlərdə birinci olması barədə informasiya yaymaqda davam edir. Eurozion.tv saytı, həm də EBU əvvəlki illərdə heç bir ölkə üçün belə təbliğat imkanı yaratmayıb. Sayt bildirir ki, artıq erməni mahnısının 1.5 milyon izləyicisi var. Sayt iddia edir ki, bu günə qədər heç bir ölkənin mahnısına çəkilən klip Youtube-də 1,5 milyondan çox izlənməyib. Hətta videoklipin çəkilişlərinə geniş yer ayrılıb. Mütəxəssislər mahnının orijinal və uğurlu olmadığını bildirir. Bu yarışmanın artıq siyasiləşdiyini söyləyən ekspertlər iddia edir ki, burda erməni lobbisinin fırıldağı var. "Eurovision 2014" mahnı müsabiqəsində Ermənistanın Aram Mp3 adlı təmsilçisi "Focus group"un mahnısını ifa edəcək.

Qeyd edək ki, gələn il “Eurovizion”-un 60 illiyi, saxta “erməni soyqırımı”nın 100 illiyidir. Bütün bu hazırlıqlar da ona görə aparılır ki, ermənilər soyqırımın 100 illiyini 40 ölkənin nümayəndəsi ilə qeyd edə bilsin. Məlumat üçün deyək ki, Türkiyə bu il də musiqi yarışmasında iştirak etməyəcək - İbrahim Şahin (TRT rəhbəri) “Eurovizion”u “xristian klubu” adlandırıb.

Xatırladaq ki, bu il keçiriləcək 59-cu “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyini Danimarka (Kopenhagen) edəcək. Müsabiqə bu il "Join us" (Bizə qoşul) mövzusunda olacaq. Ermənistan təmsilçisi 1-ci yarımfinalda İsveç, Albaniya, İslandiya, Rusiya, Latviya, Azərbaycan və Estoniya kimi ölkələrin nümayəndələri ilə mübarizə aparacaq.

Günel







11 Aprel, 2014  12:10 Baxılıb: 1131 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner