Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Təhvil verilən erməni Azərbaycandan danışdı

Bu gün ölkəsinə təhvil verilən Ermənistan vətəndaşı Xocayan Arsen Ananyeviç yerli jurnalistlərlə görüşündə Azərbaycanda saxlanma şəraitindən danışıb.

Simsar.az xəbər verir  ki, A. Xocayan əsirlikdə saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayətinin olmadığını bildirib. Əsir Bakıda istintaq təcridxanasında saxlanıldığını bildirərək  dindirilmə zamanı onun hərbçi olub-olmadığı və Azərbaycan tərəfinə keçməsinin səbəbi araşdırıldığını deyib.

“A. Xocayanın sözlərinə görə, ona daim yemək verilib, lakin o, qidaya zəhər qatılacağından qorxaraq, ilk günlər yeməkdən imtina edib. Yatmaq üçün şərait də normal olub”, deyə nəşr yazır.

A. Xocayan, həmçinin, onun vətənə qaytarılmasında töhfəsi olan hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki Arsen Xocayan bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qazax rayonu istiqamətində Ermənistan tərəfinə təhvil verilib.

A. Xocayan martın 7-də qoşunların təmas xəttini keçib. Dindirilmə zamanı o, qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.







10 Aprel, 2014  23:58 Baxılıb: 963 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner