Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Azəri Günel: "Hər şeyə dəyər" - ÖZƏL - FOTO

Simsar.Az xəbər verir ki, Ötən gün tanınmış estrada ulduzu Azəri Günelin İstanbulda mətbuat konfransı keçib. Türkiyəli jurnalistlərə yaradıcılıq hesabatı verən həmyerlimiz,  saytımıza eksklüziv açıqlamasında bunları söylədi:

" 5 illik fasilədən sonra söz və musiqisi Mansur Arka məxsus olan "Hər şeyə dəyər" adlı mahnısını repertuarıma daxil etdim.

Bu bəstəni kliplə eyni anda mediyaya təqdim etdik.

Ekran işinə Türkiyədə gördüyü işləri ilə seçilən rejissor Hasan Kuyucu quruluş verib.

Klipin ərsəyə gəlməsində peşəkarlardan ibarət komandamın zəhmətinə xüsusi dəyər verirəm.

Türkiyədəki menecerim Murat Alkan, stilistim Burçin Alas, təşkilati işləri görən Firuz Anlı və komandamızın digər üzvləri ilə birlikdə keyfiyyətli iş ərsəyə gətirdik.

İnşAllah tamaşaçılar çəkilən zəhmətə müsbət qiymət verərlər".

Gələn həftənin birinci günündən Türkiyənin Kral televiziyasında eksklüziv yayımlanacaq klipin bütün maliyyə xərclərini Günelin özü çəkib.

Müğənni yaxın aylarda 5 yeni mahnısından ibarət musiqi toplusunu pərəstişkarlarına təqdim etməyi düşünür.

Şahin Cavadsoy

Simsar.Az






11 Aprel, 2014  00:27 Baxılıb: 6704 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner