Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yaşar Nuri vətənə qayıdır

Martın 7-də Vətənə dönəcək

Dörd aydan artıqdır, İstanbul Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Dövlət Akademik Milli Dram Teatrının artisti, Yaşar Nuri martın 7-də Vətənə dönəcək.

Bu barədə APA-ya açıqlamasında aktyorun həyat yoldaşı və bu müddət ərzində Yaşar Nurinin yanında qalan Rəhimə Nuriyeva deyib. Onun sözlərinə görə, Yaşar Nurinin Vətənə gəlişinin əsas məqsədi martın 10-da Akademik Milli Dram Teatrının təntənəli açılış mərasimində iştirak etməkdir: “Yaşar bildirdi ki, mütləq Bakıya getməlidir. Çünki çox darıxır və bu gərginliyi ancaq Vətənə gəlməklə düzələ bilər. Ayın 7-si üçün bilet sifariş etmişik. Doğrudur, Yaşar hələ ki, birdəfəlik gəlmir, ancaq bir az qalmağı düşünürük”.

Yaşar Nurinin səhhətindəki problemlərin tam aradan qalxmadığını bildirən R. Nuriyeva bu səbəbdən martın sonunda yenidən Türkiyəyə qayıdacaqlarını qeyd edib. Xalq artisti Novruz bayarmını da Vətəndə qeyd edəcək. Yaşar Nurinin səhhətini nəzarətdə saxlamaq üçün Memorial Xəstəxananda tibb bacısı da Bakıya gələcək.

R. Nuriyeva qeyd edib ki, Yaşar Nurinin sərbəst hərəkət etməsində yaranmış problemlər də hələlik davam edir: “Ancaq bu hal onun Vətənə qayıtmasına mane ola bilmədi”.






5 Mart, 2011  17:40 Baxılıb: 1592 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner