Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Xəbərdarlıq: Ağsuya getməyin

Aşırım təhlükəlidir

Aşırımda nəqliyyatın hərəkəti qismən bərpa edilib.

Bu barədə APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, ötən gün həmin əraziyə yağan güclü qar və şaxtalı hava şəraiti magistral yolun bağlanmasına səbəb olmuşdu. Lakin həyata keçirilən tədbirlər nəticəsində yolun böyük hissəsinə qum səpilib və hərəkət bərpa edilib. K. Əliyev bununla belə, Ağsu aşırımında təhlükəli vəziyyət tam aradan qalxmadığı üçün təcrübəsiz sürücülərdən həmin yollardan istifadə etməməyi, nativ yollara üstünlük verməyi tövsiyə edib.

Qeyd edək ki, ötən gün səhər saatlarından başlayaraq Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisinə güclü qar yağıb, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. APA-nın yerli bürosunun məlumatına görə, qarla əlaqədar yolun 14 km-lik Ağsu aşırımında nəqliyyatın hərəkəti bir neçə saat məhdudlaşıb. Yağıntı gün ərzində davam etdiyi üçün axşam saatlarında yol tamamilə bağlanıb. Nəticədə sürücülər nativ Ağsu-Kürdəmir yolundan istifadə etmək məcburiyyətində qalıblar.

Onu da əlavə edək ki, Muğanlı-İsmayıllı yolunun, Bakı-Şamaxı yolunun Qobustan və Şamaxı ərazisindən keçən hissələrində yolun buz bağlanması nəticəsində nəqliyyatın hərəkəti üçün problemlər yaranıb.






5 Mart, 2011  17:07 Baxılıb: 1542 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner