Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qoşa səslər Fidan və Xuraman

Xalq artistləri Fidan və Xuraman Qasımovalar Heydər Əliyev Sarayında konsertləri olub

Azərbaycanın görkəmli vokalçıları, xalq artsitləri Fidan və Xuraman Qasımovalar Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış ediblər.

Konsert tanınmış dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutub. 

Qasımova bacıları konsertə Tofiq Quliyevin “Azərbaycan” mahnısının ifası ilə başlayıblar. Daha sonra vokalçılar “Bakılıyam mən” mahnısını oxuyublar. Hər iki mahnının ifası zamanı onları pianoda Emil Əfrasiyaboğlu müşayiət edib. Proqram Rauf Hacıyevin “Bakı haqqında mahnı”, F. Tostinin “Sənin ləblərin”, E. Kurtisin “Səni unutmaram”, F. Leqarın “Tace il labbro”, Ç. Çaplinin “Smile”, K. Velaskesin “Besmae muço”, C. Qrobanın “Brokan vou”, F. Sartorinin “Time to say Goobye” mahnıları ilə davam etdirilib.

Qasımovaların iki hissəli konsertdə çıxışları tamaşaçıların alqışı ilə müşayiət olunub, onlara gül dəstələri təqdim edilib.

Konsertdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri də çıxış ediblər. Əməkdar artist, saksofon ifaçısı Rain Sultanovun və caz qrupunun çıxışı da maraqla qarşılanıb.

Sənətləri ilə bütün dünyaya səs salan Qasımova bacılarını izləməyə gələnlər arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, Bakıda səfərdə olan Diclə Universitetinin Dövlət Konservatoriyasının rektoru Sait Yücəl və digərləri olub.

Qeyd edək ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilib.






5 Mart, 2011  16:51 Baxılıb: 1712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner