Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

DİN - dən təkzib xəbəri

“Mur-Ay” MMC-nin Heydər Əliyev Mərkəzinin tikintisinə aidiyyatı yoxdur

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Media forum” saytına açıqlamasında bildirib ki, barəsində cinayət işçi başlanmış “Mur-Ay” MMC-nin direktoru Elxan Hüseynovun hələ də tutulmamasının səbəbləri barədə mətbuatda həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılır.

Orxan Mansurzadə xatırladıb ki, “Mur-Ay” MMC-nin Yasamal rayonu, Xiyabani küçəsi, 18 ünvanında tikdiyi mənzillərin bir neçə şəxsə satılması faktı ilə bağlı 2010-cu il noyabrın 4-də Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsində cinayət işi başlanıb: “Bununla əlaqədar 2011-ci il fevralın 1-də “Mur-Ay” MMC-nin sədr müavini Bəybala Sultanov, fevralın 15-16-da isə mütəşəkkil dəstənin üzvləri Qalib Məmmədbəyli, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Novruz Muxtarov, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, cəmiyyətdə satış üzrə menecer işləyən Səhliyar Ağayev və Seyfəddin Səfərov barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Adışəkilən şəxslərlə bağlı cinayət işi Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2 maddələri ilə başlanıb.

Elxan Hüseynovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi sübut olunduğu üçün təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul olunub, amma istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilib. Hazırda onun tutularaq istintaqa təqdim edilməsi üçün lazımi tədbirlər həyata keçirilir.

Ancaq təəssüf ki, bəzi mətbuat orqanları Elxan Hüseynovun tutulmamasını “başqa səbəblər”lə, aldadılmış vətəndaşların pulunun guya Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin tikintisinə xərclənməsi faktının onun tərəfindən ictimailəşdiriləcəyi ilə əlaqələndirməyə çalışır, bu barədə heç bir hüquqi və məntiqi əsası olmayan, həqiqətdən uzaq, böhtan və qeybət xarakterli məlumatları məqsədyönlü şəkildə yayırlar. Rəsmi şəkildə bildiririk ki, Şirvanda Heydər Əliyev Mərkəzinin tikintisini “Mur-Ay” MMC-nin aparması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və bu, istintaq materialları ilə birmənalı şəkildə təkzib olunur”.






5 Mart, 2011  15:53 Baxılıb: 1440 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner