Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rektor: “Hər il 25-30 tələbə qovuruq...”

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiasından hər il 25-30 tələbə qovulur 

Bu barədə Akademiyanın rektoru, millət vəkili Ağacan Əbiyev Modern.az saytına bildirib. Onun sözlərinə görə, bu qovulmalarda əsas rolu davamiyyətlə bağlı problemlər oynayır. A.Əbiyev həmçinin qeyd edib ki, Akademiyada 16 xarici tələbə təhsil alır. Bu tələbələr əsasən Türkiyə və İran vətəndaşlarıdır.

Qeyd edək ki, tələbə ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnaməyə uyğun kənarlaşdırıla bilər.
Sözügedən Əsasnaməyə görə, tələbələrin tədris müəssisəsindən xaric olunması qış və yay tətilləri dövründə aparılır. Əsasnamədə tələbənin öxuduğu ali məktəbdən xaric edilmə səbəbləri də göstərilib. Belə ki, tələbə öz arzusu ilə, başqa təhsil müəssisəsinə köçürüldüyünə görə, tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarını ciddi şəkildə pozduğuna və üzürsüz səbəblərdən müəyyən olunmuş miqdardan (bir semestr ərzində ali məktəbin müəyyənləşdirdiyi miqdardan) çox dərs buraxdığına görə, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən) ali məktəbdən xaric edilə bilər.






5 Mart, 2011  01:30 Baxılıb: 891 Çap

Bu bölmədə

15 Fevral, 2020
Sabah duman olacaq

XƏBƏR LENTİ
15 Fevral, 2020  13:28

15 Fevral, 2020  12:35






14 Fevral, 2020  11:39




12 Fevral, 2020  16:52

12 Fevral, 2020  15:46






12 Fevral, 2020  09:38




11 Fevral, 2020  17:17


11 Fevral, 2020  17:00


11 Fevral, 2020  14:28

11 Fevral, 2020  14:17







8 Fevral, 2020  11:14



7 Fevral, 2020  14:05











4 Fevral, 2020  10:57


sagbanner