Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ELDAR ƏZİZOV VAQİF ƏLİYEVİ, ELMAR VƏLİYEV İSƏ ELDAR ƏZİZOVU TƏNQİD ETDİ

YENİ İCRA BAŞÇILARI KÖHNƏLƏRİNİN İŞİNDƏN CİDDİ NARAZIDIR

Sumqayıt şəhərinə təyin olunan yeni başçı şəhər əhalisi ilə görüş keçirib. Bu vaxta qədər Gəncə şəhər icra başçısı olan Eldar Əzizov müxtəlif təbəqələrindən olan sakinləri bir araya gətirib. 

Yeni başçı sakinlərin şikayətini açıq mikrafon vasitəsilə dinləyib. Eldar Əzizov da öz növbəsində mövcud problemlərin həlli istiqamətində əlindən gələni edəcəyini vəd edib: “Artıq Sumqayıt sənaye mərkəzinə cevirilib, burada keçmiş postsovet məkanı ölkələrində analoqu olmayan texnopark açılıb. Cənab prezident tapşırıb ki, bunu daha da inkişaf etdirək”.

Eldar Əzizovun sözlərinə görə, burada yeni müəssisələrin tikilməsi nəzərdə tutulub: “Bunun nəticəsində şəhər əhalisinin sayı da artacaq. Sumqayıt qısa vaxt ərzində bəzi parametrlər baxımından Bakı şəhərinin standartlarına çatmalıdır. Bu bizim qarşımızda duran vəzifədir. Bu gün görülən və görülməyən işlər var. Biz eyni zamanda hər şeydən başlasaq, hər şey yarımçıq olaraq qalacaq. Ona görə də ilk olaraq prioritetləri müəyyən etmək lazımdır. Bu baxımdan bugünki tədbir böyük əhəmiyyət daşıyır”.

İcra başçısı həmçinin deyib ki, Sumqayıtdakı qurumların fəaliyyətində bu vaxta qədər olan durğunluğun aradan qaldırılması istiqamətində var gücü ilə çalışacaq. E.Əzizovun bu açıqlaması əməkdaşımızla söhbət edən bəzi yerli məmurlar tərəfindən birmənalı qarşılanmayıb. Onlar yeni başçının açıqlamasını əvvəlkinin ünvanına göndərilən mesaj kimi dəyərləndiriblər.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı olmuş Vaqif Əliyev hazırda Mədəniyyət və Turizm Nazirliyinin birinci müavin vəzifisinə təyin olunub.

Ötən gün E.Əzizovun yerinə Gəncə şəhərinə icra başçısı təyin olunan Yevlaxın keçmiş rəhbəri Elmar Vəliyev də öz növbəsində əvvəlki rəhbərliyi tənqid edib. E.Vəliyev deyib: “Su və kanlazasiya sisteminin yararsız haldadır. Şəhərin 6 girişi yenidən bərpa olunmalıdır. Küçələrin adları hələ də yoxdur”.

Aynurə Həsənova






4 Mart, 2011  21:51 Baxılıb: 3631 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner