Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Fransa səfiri: “…çox vacibdir”

“Fransa prezidenti Fransua Ollandın mayda Azərbaycana səfəri zamanı iki ölkə arasında bir sıra sənədlər imzalanacaq”

Simsar.az-ın verdiy məlumata görə,bu sözləri ADA-da Azərbaycan və Fransa arasında keçirilən forum çərçivəsində jurnalistlərə açıqlama verən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. 
Onun sözlərinə görə, hazırda həmin müqavilələr üzərində iş aparılır. Səfir Fransanın sənaye, nəqliyyat, informasiya texnologiyaları sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb.

Əlavə edib ki, səfər çərçivəsində Azərbaycanda biznes forum keçiriləcək. "Biznes forumda prezidentlə Azərbaycana səfər edəcək bir sıra nazirlər də iştirak edəcək.

Biz Azərbaycan şirkətləri ilə əməkdaşlıq qurmaq niyyətindəyik. Bununla bağlı Azərbaycanda bir neçə nazirlə müzakirələr aparmışıq.

Kənd təsərufatı bir növ yaşıl neft hesab olunur və bu, Azərbaycanın gələcəyi üçün çox vacibdir. Nəqliyyat sahəsinə gəlincə, bizim metro, dəmiryolu sahəsi üzrə bir sıra layihələrimiz var. Ətraf mühut, su texnologiyaları üzrə də müzakirələrin aparılması planlaşdırılır.

Bizim bu sahədə təcrübəmiz, bir sözlə, iki ölkə arasında müzakirə olunacaq məsələlər çoxdur. Fransa investorları üçün Azərbaycanda turizm sahəsi də çox maraqlıdır. Biz Azərbaycandan daha çox tələbənin Fransada təhsil almasını istəyirik".

Aynur Bayramova






4 Aprel, 2014  16:46 Baxılıb: 628 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner