Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İKİ CÜMLƏLİK AZƏRBAYCAN CƏMİYYƏTİ

Onlar ölkələrini belə tanıyır

Simsar.az tanınmışlardan Azərbaycan cəmiyyətini iki cümləlik təsvir etmələrini xahiş edib. Onlar, bütövlükdə ölkədəki vəziyyəti orta qiymətləndirsələr də, insanların problemlərinin dah çox artıdığını da vurğulayıblar. 

“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev: 

- Hakimiyyət cəmiyyət həyatındakı dəyişikliyi yuxarıdan, müxalifət aşağıdan etməyə çalışır. Ölkə sabitliyini saxlamaqla dinamizmini də artırırsa, gələcəyə ümidlər çoxalır.

Xalq şairi Vaqif Səmədoğlu:

- İki cümləlik susmağa üstünlük verirəm.

Yazıçı Mehriban Vəzir:

- Həm sosial, həm iqtisadi, həm də siyasi sferada vəziyyət kritikdir. Ölkəni bu vəziyyətdən hökümətin necə çıxaracağını düşünə bilmirəm, amma xalq siyasi iradə nümayiş etdirməlidir.

Xalq yazıçısı Çingiz Abdullayev:

- Ölkədə inkişaf və sabitlik var. İnanıram ki, bundan sonra da belə olacaq.

Xalq yazıçısı Əkrəm Əylisli:

- Ölkəmizin mənəvi həyatında boşluqlar yaşanır, ideologiya dağınıqdı, barışmaz daxili gərginlik var, həmçinin üzdə görünməsə də ölkədə sosial ədalətsizlik hökm sürür. Hakimiyyət hökmə sahib olmaq istəyir, bu da o birilərin əzilməsinə gətirib çıxarır.

Yazıçı Əjdər Ol:

- Azərbaycan normal inkişaf yolu olan ölkədi, bu inkişaf göz qabağındadır. Hər bir sahədə ölkəmiz inkişafa doğru gedir.

Yazıçı Şərif Ağayar:

Yıxıla-dura, dizləri və ovuclarının içi qanaya-qanaya sabahlara doğru yüyürən yeniyetmə! Kənardan atılan daşları da diqqətə almaq şərtilə...
Aynurə Həsənova






4 Mart, 2011  20:10 Baxılıb: 1666 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner