Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ETİRAZLARI SİVİL YOLLA BEŞİKDƏ BOĞMAQ

Müxalifətə küçəyə çıxmağa imkan verilməyəcək

Ərəb ölkələrində baş verən inqilabların, üsyanların Azərbaycanda təkrarlanmaması üçün hakimiyyət ən radikal addımlar atmağa hazırdır. «Etirazlarıin sivil yolla beşikdə boğmaq», «narazıları razı salmaq», «yola gəlməyənlər yola gətirmək» və s. taktikalar masa üzərindədir. 

Müstəqil siyasət aparmağın ağırlığı

Bu barədə Simsar.az-a hakimiyyət daxilindən məlumat verən mənbənin sözlərinə görə, onlar bəzi xarici qüvvələrin təzyiqlərinin güclənməsinin və həmin güclərin müxalifətdən istifadə etdiyinin fərqindədir.

Prezident İlham Əliyev «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkəmizə təzyiqlərdən də söhbət açıb.
«Azərbaycan müstəqil dövlət kimi güclənir, möhkəmlənir. Amma kimlərinsə bizim müstəqil siyasət aparmağımızdan xoşu gəlmir, bu onları qıcıqlandırır və istər-istəməz müxtəlif yollarla, bəzi hallarda təxribat xarakterli yollarla Azərbaycana təzyiq etmək cəhdləri də olur. Səbəb də məhz odur ki, biz müstəqil siyasət aparırıq və Azərbaycan xalqının maraqlarını qoruyuruq»- deyə, prezident qeyd edib.

Prezident konkret ölkə, təşkilat adı çəkməsə də, ekspertlər söhbətin İrandan (Ayətullahların bəyanatları), ABŞ-dan («Vaşintqon Post»da «Dubay mülkləri», «Wikilikes» də məxfi sənədlərin dərci və s) getdiyi mülahizələrini irəli sürürlər. Neftlə zəngin ərəb ölkələrində avtoritar hakimiyyətlərin bir-bir devrildiyi vaxtda, Azərbaycanın neft gəlirlərinin artması, dövlət büdcəsinin bir neçə ildən sonra 200 milyard dollar olacağı şübhəsiz ki, müəyyən qüvvələri narahat edir.

Sabitliyə nail olmağın əlavə yolları...

Hakimiyyət xarici təzyiqlərin və daxili narazılıqların qarşısını almaq üçün islahatları sürətləndirib, korrupsiyaya qarşı mübarizəni sərtləşdirib. Digər variantlardan da istifadə olunur. Həmin variantların bəzisinə «Yeni Müsavat» dünənki sayında toxunub.

«İqtidar xüsusilə universitetlərdə və məktəblərdə ciddi iş aparır. Müəllimlər, YAP aktivistləri auditoriyalara girərək tələbələrə xitabən (ən mülayim tonda) müxalifətin keçirəcəyi aksiyalara getməmək, ”Azərbaycanı istəməyən xarici qüvvələrin təsiri altına düşməmək" barədə tövsiyələr verirlər. Eyni proses büdcə təşkilatlarında çalışan hər kəslə aparılır".

Lakin iqtidarın “ev hazırlıqları” yalnız bu proseslə bitmir. Məlum olduğu kimi, Azərbaycan hakimiyyəti regionda və MDB məkanında ən zəngin hakimiyyətdir. İstər dövlətin, istərsə də ayrı-ayrı vəzifəli məmurların olduqca böyük pulları var. Məhz bu amili üstünlüyə çevirməyə çalışaraq iqtidar özünə sadiq elitanın, eləcə də “zərbə dəstələri”nin formalaşdırılması üçün illərdir ki, çalışır».

Həbslər artacaq

Simsar.az-ı məlumatlandıran mənbə bildirib ki, güc strukturları, «zərbə dəstələri»də start vəziyyətdədir. «Etirazların kütləviləşməsinə imkan verilməyəcək. Fəallıq göstərən şəxslərin ciddi döyülməsi də mümkündür. Həbslər çoxala bilər. Amma vəziyyətin bu həddə çatmasına imkan verilməyəcək. Müxalif düşərgədə funksionerlərin ələ alınması, partiyalar arası ittihamların artması, parçalanmalar müşahidə olunacaq» deyə, mənbə qeyd edib.

Xalq üsyana qalxmayacaq

Politoloq Zərdüşt Əlizadə mətbuata açıqlamasında bildirib ki, xalqın üsyana qalxacağına inanmır: «Əminəm ki, hakimiyyətin ölkədə vəziyyəti nəzarətdə saxlamaq üçün iki güclü qaynağı var. Biri havayı neft pullarıdır ki, qırıntıları hesabına sakitlik yarada biləcək. İkinci qaynaq da özünü demokrat adlandıran müxalifətin birillik hakimiyyətidir. Bəli, indiki hakimiyyətdən xalq narazıdır, amma fərq ondadır ki, əvvəlkinə xalq böyük ümidlər bəsləyirdi. Amma bu ümidlər məhv edildiyindən xalq öz bəxtini mənasız yerə sınamaq istəməz. Odur ki, mən indiki müxalifətin təşəbbüsü ilə xalqın qalxmayacağına əminəm».

Ruslan XƏLİL






4 Mart, 2011  17:37 Baxılıb: 1546 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner