Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ramil Səfərov barəsində yalan xəbər

Atası Sahib Səfərov: “Ramil heç nədən şikayətçi deyildi, fiziki və psixoloji durumu çox yaxşı idi”

Ötən gün Macarıstan mətbuatında Budapeşt həbsxanasında cəza çəkən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun özünü asdığı barədə məlumat yayılıb. 

Yayılan məlumatı dəqiqləşdirmək üçün R. Səfərovun atası Sahib Səfərov və Azərbaycanın Macarıstandakı səfirliyi ilə əlaqə saxladıq. S. Səfərov açıqlamasında qeyd etdi ki, ötən həftənin şənbə günü oğlu ilə telefon əlaqəsi saxlayıb və hər şey qaydasında olub.
“Ramil heç nədən şikayətçi deyildi, fiziki və psixoloji durumu çox yaxşı idi”.

Azərbaycanın Macarıstandakı səfirliyindən isə bildirdilər ki, yayılmış məlumatlar doğru deyil. Səfirliyin əməkdaşları daim onunla görüşürlər, problemləri olub-olmadığı ilə maraqlanırlar.

Xəbərdən aydın görünür ki, informasiya macar mətbuatına təxribat və psixoloji təzyiq məqsədilə ötürülüb. Bu işdə mənfur ermənilərin birbaşa rol aldığı kimsədə şübhə doğurmur.

Qeyd edək ki, R. Səfərov Macarıstanda erməni zabiti Qurqen Marqaryanı öldürməkdə təqsirli bilinərək Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.






4 Mart, 2011  17:02 Baxılıb: 3203 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner