Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“AZƏRSUN” QİYMƏT İSLAHATLARINA HAZIRLAŞIR

Prezidentin çıxışından sonra «Azərsun» rəhbərliyi şəkərin qiymətinin aşağı salınmasının yollarını arayır 

«Şəkərlə özümüzü 150 faiz təmin edirik, ixrac da edirik. O sahələrdə ki, biz idxaldan asılı deyilik, orada qiymətin süni artımına qətiyyən yol vermək olmaz”.

İnhisarçılığa qarşı ciddi mübarizə

Bunu prezident İlham Əliyev «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda deyib.
Prezident ərzaq təhlükəsizliyini təmin etməyin və inhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmasının vacibliyini vurğulayıb.

Şəkərin qiyməti niyə qalxıb?

Azərbaycanı şəkərlə «Azərsun Holdinq» şirkəti təmin edir. Şirkət istehsal etdiyi şəkərin xeyli hissəsini ixrac da edir. Son günlər bazarda şəkərin qiymətinin qalxması insanların ciddi narazılığına səbəb olub. Dövlət başçısı çıxışında şəkərin qiymətinin süni bahalaşmasına işarə edib, qarşısının alınmasının vacibliyini vurğulayıb.
Şəkərin qiyməti niyə qalxıb? Prezidentin tapşırığından sonra bu qiymətlər endiriləcəkmi?


YAP-ın qəzeti “Azərsun-Holdinq”i hədəf götürüb

Prezidentin çıxışından sonra Yeni Azərbaycan Partiyasının qəzeti «Yeni Azərbaycan» 2 mart 2011-ci il tarixli sayında “Azərsun-Holdinq”ı inhisarçılıqda və süni qiymət artımında günahlandırıb. Qəzetin iki gün əvvəlki sayındakı “Çay bazarında inhisarçılıq qiymət artımlarına səbəb olur” başlıqlı məqalədə şirkətin çay bazarını inhisara aldığı qeyd edilib.

Abdulbari Gozal: “Xeyr, razılaşmıram...”

«Azərsun-Holdinq»ın prezidenti Abdulbari Gozal «Bizim Yol»a açıqlamasında «Yeni Azərbaycan»ın yazdıqlarını ciddi qəbul etmədiyini bildirib.

«Qəzetin «Azərsun Holdinq»i inhisarçı adlandırması ilə razılaşırsınızmı» sualına A.Gozal «Xeyr, razılaşmıram. «Azərsun Holdinq» monopoliya yaratmayıb. Belə bir şey yoxdur. Gedin, baxın, özünüz də görəcəksiniz ki, 500 adda çay satışda var. Monopoliya hardan oldu ki?» deyə cavab verib.

Səbəb dünya bazarıdır

«Azərsun» prezidenti şəkərin qiymətinin qalxması və prezidentin bunu tənqid etməsilə bağlı məsələyə aydınlıq gətirməyib.

Şirkətdən Simsar.az-a daxil olan məlumata görə, pərakəndə satış mərkəzləri «Azərsun»un məhsullarının üzərinə daha çox faiz qoyurlar. Digər tərəfdən, şəkər üçün lazım olan xammal xaricdən gətirilir. Azərbaycanın şəkərə olan illik təlabatı 150-180 min tondur. Ölkədə 200 min ton şəkər çuğunduru istehsal olunur ki, ondan 10 min ton şəkər alınır. 140 min ton şəkər isə xaricdən gətirilən məhsulardan alınır. Dünya bazarında şəkərin qiyməti son 30 ildə fantastik həddə çatıb. Bu da Azərbaycandakı qiymətlərə təsir göstərib.

Məlumatlara görə, prezidentin çıxışından sonra «Azərsun» rəhbərliyi şəkərin qiymətinin aşağı salınmasının yollarını arayır.

Ruslan Xəlili






4 Mart, 2011  16:53 Baxılıb: 1767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner