Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda sinaqoq tikilib

Sinaqoqun rəsmi açılışı 3-4 həftədən sonra olacaq

Bakıda yeni sinaqoqun inşası başa çatıb APA-nın Yəhudi Xəbərləri Agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov inşa olunan sinaqoqa baş çəkib.

O bildirib ki, ötən il oktyabrın 27-də başlanan tikinti işləri başa çatıb.

“Prezident İlham Əliyevin dəstəyi nəticəsində qısa müddətdə gözəl sinaqoq inşa edilib. Üç mərtəbəli binada böyük ibadət zalı, yemək otağı, kitabxana və inzibati otaqlar yerləşir”, - deyə S. İxiilov bildirib.

Hazırda sinaqoqun lazımi avadanlıq və mebellə təchizatı aparılır. S. İxiilovun sözlərinə görə, sinaqoqun rəsmi açılışı 3-4 həftədən sonra olacaq.

Xatırladaq ki, yeni sinaqoq Bakıda salınacaq Qış Bulvarının ərazisində olan sinaqoqun əvəzinə inşa edilib. Yeni sinaqoq istifadəyə veriləndən sonra əvvəlki sinaqoq söküləcək.






4 Mart, 2011  16:42 Baxılıb: 3370 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


sagbanner