Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanın tanınmış jurnalisti yol qəzasında həlak oldu

Bakıda avtomobilin yol kənarındakı dirəyə çırpılması ölümlə nəticələnib

Qəzada həyatını itirən 75 yaşlı Akif Quliyev Azərbaycanin fəxri jurnalisti, prezident təqaüdçüsü olub. Uzun illər Azərbaycan Milli Nəşriyyatinda çalişib. Oxucular onu Akif Aslan kimi tanıyırdı.

Akif Quliyev 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. 50 il mətbuatda çalışıb. Əmək fəaliyyətinin son 48 ilini uşaq mətbuatında, dövlət tərəfindən himayə olunan və maliyyələşdirilən, 73 illik tarixi olan "Savalan" qəzetində (keçmiş "Azərbaycan pioneri") davam etdirib. Akif Quliyev Azərbaycan uşaq mətbuatı tarixində yeganə şəxsdir ki, yarım əsrə yaxın müddət ərzində bu sahədə fəaliyyətini davam etdirib.

Akif Quliyev uzun müddət uşaqlar və yeniyetmələr arasında Ümumittifaq miqyasında keçirilən "Qızıl top" (basketbol), "Gümüş top" (voleybol), yüngül atletikanın dörd növü üzrə beynəlxalq "Dostluq" oyunlarının və xüsusilə Azərbaycanda çox məşhur olan "Ağ top" şahmat yarışlarının respublikamızda əsas təşkilatçılarından biri kimi tanınıb. 2005-ci ildə milli mətbuatımızın böyük təntənə ilə qeyd olunan 130 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Akif Quliyev ayrı-ayrı nazirliklərin, komitə və təşkilatların, mətbuat orqanlarının 100-dən artıq fəxri fərmanı və diplomu ilə mükafatlandırılıb.

----------
11:19

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə martın 3-ü saat 19:00 radələrində Yeni Dairəvi yolda baş verib.
Akif Səttarov idarə etdiyi “VAZ-2106” markalı avtomobili idarəetməni itirməsi nəticəsində yol kənarındakı dirəyə vurub. Nəticədə sərnişini Akif Quliyev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.






4 Mart, 2011  16:42 Baxılıb: 958 Çap

Bu bölmədə

5 Sentyabr, 2020
Bakıda ev yandı

XƏBƏR LENTİ
18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31





5 Sentyabr, 2020  10:17


4 Sentyabr, 2020  13:34




3 Sentyabr, 2020  11:48

1 Sentyabr, 2020  13:52



1 Sentyabr, 2020  09:18






31 Avqust, 2020  09:11



29 Avqust, 2020  11:20



26 Avqust, 2020  09:12

25 Avqust, 2020  13:38

sagbanner