Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Döyüşçü anasının şikayətinə baxılmır

Əlil anası simsar.az saytına danışdı

“Nə günahı var mənim balamın? Pis iş görüb? Vətən müdafiəsində sağlamlığından keçib. Gərək ona elə baxılsın ki, elə qayğı göstərilsin ki, böyüyən uşaqlarda da vətənə məhəbbət olsun” - bu sözləri Simsar.az-a Qızxanım Quliyeva deyib. 

Qızxanım Quliyevanın oğlu İbrahim Quliyev 19 ildir ikinci qrup Qarabağ əlilidir, lakin nə müalicəsi üçün pul tapılır, nə də onlara mənzil verilir: “Mənim oğlum 1992-ci ildə Qarabağda gedən döyüşlərdə iki dəfə baş nahiyyəsindən ağır yaralandığı üçün kontuziya alıb. Nəticədə gözünün biri görmə qabiliyyətini itirib, başından yaralandığı üçün hər iki qulağından 19 ildir çirk gəlir. İndiyə qədər çox həkimə aparmışıq, heç kəs əməliyyatı boynuna götürməyib. Oğlumu müalicə etmirlər, heç olmasa ev versinlər. Qiymətli nəyim vardısa, oğlumun müalicəsi üçün hamısını satmışıq. Üstünə hər gün təcili yardım gəlir. Pulu ancaq dava-dərmana çatdırıram”.

Qarabağ əlilinin anası deyir ki, 36 kvadrat metr sahəsi olan evdə üç ailə yaşayır: əlil oğlunun 13-14 yaşlarında iki övladı; digər oğlanları və nəvələri. Dözülməz şəraitdə Qarabağ əlilinin fiziki əzabları nəvələrinin gözü qarşısında yaşanır.

Q.Quliyeva oğlunun evlə təmin olunması üçün müraciət etdiyi qutumlardan heç bir cavab almadığını bildirir: “19 ildə müraciət etmədiyim yer qalmayıb. Heç birindən müsbət cavab almamışam. Elə deyirlər “gözləyin”, nə qədər gözləmək olar? Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndərmişəm, prezidentimizə teleqrammalar vurmuşam, məktubla müraciət etmişəm. Sonuncu dəfə də xəbərnaməylə üç məktub göndərmişdim. Prezident Admnstrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Rizvan Əliyevə göndərdiyim məktublara cavab almadım. Fevralın 16-da yenidən müraciət etdim. Cavab gəldi ki, məktubunuzu almışıq. Vəssalam”.

Q. Quliyeva Xətayi Rayon İcra Hakimiyyətində də növbəyə yazılıb, lakin bu 19 ildə eyni kateqoriyadan olan cəmi üç nəfərə ev verildiyini deyir: “Bundan sonra biz neçə il göləməliyik ki, mənim oğlum ev alsın. Xətai Rayon İcra Hakimiyyəti elə bil ayrıca respublikadır. Əlillərlə heç vaxt maraqlanmır. Dəfələrlə getmişəm, göz yaşı tökmüşəm, amma məni qəbul etməyiblər. Məktub da göndərmişəm, amma nə fayda. Heç maraqlanmır ki, ərzaidəki əlillərə kömək üçün harasa müraciət etsinlər”.

Qapılara düşməyi özünə yaraşdırmadığını deyən Qarabağ əlilinin anası qanunvericilikdə əlillərə verilən imtiyazların sadəcə kağız üzərində qalmasına etiraz edir: “Oğlum belə olmasaydı heç bir qapıya getməzdim. Niyə qanunlara məhəl qoymurlar? Vətən uğurunda vuruşanlara belə münasibət göstərməzlər. Axı o sağlamlığını müharibədə itirməsəydi, bir işin qulpundan yapışıb, balalarını, bizi dolandırardı”.

İbrahim Quliyev 70 manat prezident, 150 manat əlillik təqaüdü alsa da o pul müalicə üçün xərclənir: “Övladlarının hərəsinə 10 manat pul verirlər. Onu da mən necə dava-qırığınla düzəltdirmişəm. 220 manat təqaüdlə, desinlər, necə yaşamaq?.. Səhiyyə Nazirliyi oğlumu müalicə üçün poliklinikaya göndərdi. Poliklinikada nə müalicə... Orada yalnız adi dərmanlar verirlər. İkinci qrup əlili dərmanla müalicə etmək mümkün deyil”.

Q.Quliyeva bildirir ki, əlillərə qayğını yalnız televizorda görür: “Göstərirlər ki, əlilərə, kasıb ailələrə qayğı var, onlara evlər ayırırlar. Amma kimi dindirirsən, deyir, mənzil verilmıyib. Bəs bu evlər hara gedir? Əlillər Cəmiyyətinə gedirəm. Dəhşətli mənzərədir. Vətən uğrunda canını qoyan əsl əlillər hamısı pis vəziyyətdədir. Eləsi də var ki, ev ala bilib, amma yenə də növbədən çıxmır ki, ikinci dəfə yenidən alsın. Belələri çoxdur. Bir vicdanlı komissiya təşkil olunsa, bunları yoxlasa görərlər vəziyyəti... Əlim hər yerdən üzülüb, əlacım kəsilib. Ürək ağrısı tapmışam”.

Qarabağ əlili anasının üz tutduğu dövlət qurumları ilə əlaqə saxlamaq istədik. Cavab verənlər də oldu, zənglərimizə məhəl qoymayanlar da.
Xətai Rayon İcra Hakimiyyətindən adını bildirməyən işçi mənzil probleminin həlli ilə onların məşğul olmadığını bildirdi: “İcra hakimiyyəti ev hörgüsü ilə məşğul olmur. Bizim vəzifəmiz əlilləri evlə təmin etmək yox, sadəcə onların adlarını siyahıya salmaqdır. Mənzilin kimlərə verilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir. Siz həmin vətəndaşı bizim İcra Hakimiyyətinə yönləndirin. Həmin xanım sənədləri də götürüb bura gəlsin. Biz burda qəbul edək araşdıraq, nə köməklik lazımdı edərik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı da adını demək istəmədi və qeyd etdi ki, bu barədə bilgilər şikayət edənin özü ilə danışdıqdan sonra verilə bilər: “Vətəndaşın özü bizimlə əlaqə saxlasın. Biz araşdıraq görək, məktub kimə göndərilib, hansı mərhələdədir baxılıb, ya baxılmayıb. Vətəndaşın şikayətinə baxılması üçün mütləq özü bizmlə əlaqə saxlamalıdır”.

Redaksiyadan: Simsar.az saytı Qarabağ əlilinin problemini geniş ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi ilə yaxın günlərdə mətbuat konfransı təşkil etməyi planlaşdırır.

Arifə Mikayılova






4 Mart, 2011  16:23 Baxılıb: 1917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner