Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

26 mln. dollar taksi şəklində gəlir

Yaxın vaxtlarda Azərbaycan Böyük Britaniyanın «Manganese Bronze» şirkətindən taksi avtomobilləri alacaq

Bunun üçün Azərbaycan tərəfi Britaniya şirkətinə 16 mln. funt sterlinq (təxminən 26,1 mln. ABŞ dolları) ödəyəcək. «APA-ECONOMICS»in «Manganese Bronze» şirkətinə istinadən verdiyi məlumata görə, gstərilən vəsait hesabına Azərbaycana 1 min taksi avtomobilinin göndərilməsi nəzərdə tutulur.

Taksilər Çinin «Geely Automobile Holding»i tərəfindən istehsal olunacaq və «Manganese Bronze» şirkətinə göndəriləcək.

Sifariş Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində taksi xidmətlərinin təkmilləşdirilməsi məqsədi ilə təsis olunmuş «Baku Taxi Company» şirkəti tərəfindən verilib. Sifarişin 2011-ci ilin noyabrın sonuna qədər tam reallaşdırılması planlaşdırılır. Taksi xidmətlərinin təkmilləşdirilməsi proqrammı Britaniyanın «TX4 London Taxis» qrupu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Artıq aprel ayında 100 avtomobildən ibarət ilk partiyanın Bakıya çatdırılması planlaşdırılır.

Qeyd edək ki, «Manganese Bronze» şirkəti «TX4 London Taxis» üçün bir sıra beynəlxalq (Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Küveyt) sifarişlər həyata keçirib.






4 Mart, 2011  15:29 Baxılıb: 1502 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner