Prezident İlham Əliyev daha bir neçə rayonun icra başçılarının vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb
Simsar.az-ın məlumatına görə, Prezidentin imzaladığı sərəncama əsasən, İlham Ağayev Bərdə rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə indiyədək Tərtər rayonunun İcra hakimiyyətinin başçısı vəzifəsində çalışan Vidadi İsayev təyin olunub.
Prezidentin başqa bir sərəncamı ilə Ceyhun Cəfərov Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.