Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MÜSAVAT 12 MART AKSİYASINDAN İMTİNA EDİR?

Yekun qərar sabah bəlli olacaq

«Müsavat Partiyasının martın 12-də keçirilməsini məqsədəuyğun
saydığı mitinq barədə qərarı sabah bəlli olacaq. Hazırda mitinqlə bağlı partiya rəhbərliyi İctimai Palatada təmsil olunan digər partiyalarla müzakirə aparır».
Bunu Simsar.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib.

Müsavat başqanı İsa Qəmbər daha öncə mətbuata müsahibəsində qeyd edib ki, partiya martın 12-nə mitinq təyin etməyib, həmin gün aksiya keçirilməsi məqsədəuyğun hesab edilib.

Məlumatlara görə, Müsavat Partiyası aksiya keçirmək niyyətindən əl çəkib. G.Aslanlı məlumatı doğru saymır: «Partiya mitinqlə bağlı yekun qərar verməyib. Çox böyük ehtimalla aksiya keçiriləcək. Hazırda Koordinasiya Şurasında bu istiqamətdə müzakirələr aparılır. Hər şey sabah günorta bəlli olacaq».

Qeyd edək ki, İctimai Palatada təmsil olunan partiyaların böyük əksəriyyəti indiki məqamda mitinqin keçirilməsinin tərəfdarı deyil və Müsavat Partiyasının qərarını tənqidlə qarşılayıblar.

RAMİL






3 Mart, 2011  21:50 Baxılıb: 1843 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner