Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

REKTORUN BAŞ REDAKTORLARLA GÖRÜŞMƏMƏSİNƏ AYDINLIQ GƏLDİ

BDU-nun dekanı Rauf Arifoğlu faktorunu təkzib etdi 

Prezidentin yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə tələbə jurnalistlərlə qəzet və agentlik baş redaktorların fevralın 24-ü Bakı Dövlət Universitetində baş tutan görüşündə rektor Abel Məhərrəmovun iştirak etməməsinin səbəbi bəlli olub. 

Simsar.az-a daxil olan məlumata görə, jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadənin dəvəti ilə 20 qəzet redaktorunun qatıldığı tədbir barədə BDU rektoru A.Məhərrəmov məlumatlı olmayıb.

Mənbə qeyd edir ki, görüşdə «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu iştirak etdiyi üçün dekan rektorun tədbirdə iştirakını istəməyib.

Tədbirin başa çatmasına təqribən 20-dəqiqə qalmış rektor görüşdən xəbər tutub və mərasimə qatılmaq istəyib. Y.Əlizadə isə müxtəlif «arqumentlər»lə rektorun baş redaktorlarla görüşünün qarşısını alıb.

Görüş olduqca, gərgin keçib. Bu gərginlik daha çox Rauf Arifoğlunun çıxışı zamanı yaranıb. Baş redaktorun «Yeni Müsavat»ın demokratik qəzet, hətta universitetlərdən qanunsuz çıxarılan tələbələr üçün sığınacaq və iş yeri olduğunu deməsi, tələbələrdə aktivlik yaradıb. Yalnız bundan sonra tədbir sual-cavabla davam edib.

Jurnalistika fakültəsinin dekanı isə məlumatda yanlışlıq olduğunu deyir. Y.Əlizadə Simsar.az-a açıqlamasında rektorun baş redaktorlarla görüşdə olmamasını iş qrafikinin gərgin olması ilə əlaqələndirib: «Həmin gün daxili işlər naziri Ramil Usubov Abel Məhərrəmovla görüşmüşdü. Ona görə rektor tədbirdə iştirak edə bilmədi».

Y.Əlizadə görüş barədə rektorun əvvəlcədən məlumatlı olduğunu və tədbirin nəticəsindən razı qaldığını bildirib.


RAMİL






3 Mart, 2011  21:33 Baxılıb: 1630 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner