Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

FHN-nin "112" zəng xidməti 5 il əvvəl fəaliyyətə başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112 " zəng xidmətinin fəaliyyətə başlamasından 5 il ötür

APA-nın məlumatına görə, prezident İlham Əliyevin 2006-cı il fevralın 28-də imzaladığı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təşkil edilməsi haqqında" fərmanı ilə "112" qaynar telefon xətti yaradılıb, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112 zəng mərkəzi" təşkil olunub. "112" xidmətinin fəaliyyətə başlaması insanların təhlükəsizliyi və mümkün olan xoşagəlməz hadisələrin qarşısının alınması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində atılmış addımlardan biri hesab olunur.
"112 zəng mərkəzi"nə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan şəhərdaxili, bütün respublika ərazisində isə GSM ("Azercell", "Bakcell", "Nar Mobile") və ya CDMA tipli simsiz telefon və bütün növ taksofonlardan zəng etmək olar. Xidmət pulsuzdur. "112" zəng mərkəzinin operatorları 24 saat ərzində (fasiləsiz) məlumat qəbul edir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edir.
APA-nın FHN-in internet saytına istinadən məlumatına görə, bu xidmətdə çalışan telefonçu-operatorlar gün ərzində 10-15 min zəng qəbul edir. Bu zənglərin, təxminən 150-200-ü konkret müraciətlər təşkil edir ki, həmin müraciətlər də dərhal aidiyyəti üzrə yönləndirilir. Ümumilikdə 2007-2010-cu illər ərzində "112" zəng mərkəzi 32 mindən artıq müraciəti aidiyyəti üzrə yönəldilib. Ötən 5 il ərzində "112" zəng mərkəzində işin keyfiyyətini artırmaq istiqamətində xeyli iş görülüb. Mərkəzdə 10 operator, radio rabitəçi və dispetçer üçün iş otaqları yaradılıb, Tetra MTM-700 rəqəmsal, CM-360, CP-160 analoq tipli radiostansiyalar, operativ zalda 2 ədəd iri monitor quraşdırılmış, bütün iş yerləri kompüter və rəqəmsal telefonlarla təchiz olunub. Mərkəzə daxil olan zəngləri qəbul etmək üçün mini ATS quraşdırılıb, hər hansı qəzalar zamanı zənglərin fasiləsiz qəbulunu təmin etmək məqsədi ilə şəhər ATS-dən 2 Mbit axına malik əlavə optik rabitə xətti çəkilib.






3 Mart, 2011  21:24 Baxılıb: 1310 Çap

Bu bölmədə

5 Sentyabr, 2020
Bakıda ev yandı

XƏBƏR LENTİ
18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11






9 Sentyabr, 2020  09:31





5 Sentyabr, 2020  10:17


4 Sentyabr, 2020  13:34




3 Sentyabr, 2020  11:48

1 Sentyabr, 2020  13:52



1 Sentyabr, 2020  09:18






31 Avqust, 2020  09:11



29 Avqust, 2020  11:20



26 Avqust, 2020  09:12

25 Avqust, 2020  13:38

sagbanner