Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İrəvanda ara qarışıb

Polis aksiya iştirakçıları və deputatları döyüb

Ermənistanda hökumət binasının qarşısında polislərlə küçə ticarətinin qadağan olunmasına etiraz edən aksiya iştirakçıları və “İrs” fraskiyasının deputatları arasında qarşıdurma baş verib. İrəvanın şəhər idarəsinin rəis müavini Robert Melkonyanın göstərişi ilə polis ticarətçilərə və deputatlara hökumət binasına yaxınlaşmağa icazə verməyib, aksiya iştirakçıları itələnib, döyülüb və ərazini tərk etməyə məcbur ediliblər.

Məlumata görə, “İrs” fraksiyasının deputatı Anait Baxşyan aldığı zərbənin gücündən özünü pis hiss edib, əraziyə təcili yardım maşını gəlib. Deputat Armen Martirsyan da həmçinin xəsarət alıb.

Aksiya fəallarından biri isə bölməyə aparılıb. Hadisə yerinə yeni seçilmiş ombudsman Jaren Andreasyan da gəlib. O məsələyə aydınlıq gəirəcəyinə söz verib.

“İrs” partiyasının parlament fraksiyasının rəhbəri Stepan Safaryan Ermənistanın polis rəisinin istefasını tələb edib. “Baş nazirdən özlərini polis adlandıran bu canavar sürüsünə qarşı cinayət işinin açılmasını tələb edirik”, – deyə Safaryan bildirib.

Bir qrup deputat isə hökumət binasına girərək baş verən hadisənin səbəbini aydınlaşdırmağa çalışır. Polis onları birinci mərtəbənin dəhlizindən o yana buraxmayıb və yuxarı qalxmalarına icazə verməyib.






3 Mart, 2011  21:22 Baxılıb: 1520 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner