Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“Təzə bazar”ın Novruz qiymətləri – FOTOREPORTAJ

Bugün Torpaq çərşənbəsidir. Artıq Novruz bayramına iki gün qalıb. Bəziləri bayramı bu gün – İlaxır çərşənbədə, bəziləri isə martın 20-i qeyd edir. Hər bayramqabağı paytaxtda ərzaq məhsullarının qiymətlərinin artması müşahidə olunur.

Bayram bazarlığının necə getdiyini görmək üçün əməkdaşımız “Təzə Bazar”da və onun qarşısında keçirilən yarmarkada olub, Novruz qiymətləri ilə maraqlanıb. Bayrama iki gün qalmasına baxmayaraq bazarda və yarmarkada alıcıların sayı nəzərəçarpacaq qədər az idi. Satıcılar alıcı sayının azlığını işsizlik və imkansızlıqla əlaqələndirdilər.

Satıcılarla danışığımızdan aydın oldu ki, qiymət artımı yoxdu. Əvvəlki günlərdə qiymətlər necədirsə, bayram bazarında da qiymətlər eynidi. Satıcıların əksəriyyəti qiymət artımının olmadığını bildirsə də, alıcılar onlarla eyni fikirdə deyildilər. Qiymətlərin bahalığından şikayətlənirlər. Bayram alış-verişinə gələn Gülnar xanım qeyd edir ki, əvvəlki qiymətlərlə indikilər arasında fərq var. Dünyanın hər yerində belə olur- bayramqabağı qiymətlər qalxır deyib, qiymət artımını normal qarşılayan alıcılar da var idi.

Belə ki, bayramdan əvvəl 60 qəpik – 1 manat arası satılan almaların qiyməti indi 1 manat 50 qəpik – 3 manat idi. Adi günlərdə 1 manata satılan mandarin isə 2 manat 50 qəpiyə olmuşdu. Portağalın qiyməti 1 manat 50 qəpik – 3 manat arasında dəyişirdi. Ətin qiymətində xüsusi artım yox idi. Lakin digər meyvə və tərəvəzin qiymətində 40-50 qəpik artım hiss olunurdu.

Yarmarkada da fərqli bir mənzərə yox idi. Satıcılar qiymətlərin bazara nisbətən ucuz, amma alıcılar əksini – qiymətlərin bazarla eyni, baha olduğunu deyirdi.

Bütün bunlara – qiymətlərin baha, alıcı narazılığına, azlığına baxmayaraq bəzəkli səmənilər, şamlar bazara əsl bayram əhval-ruhiyyəsi qatmışdı. Səmənilərin qiyməti 1 manatla 15 manat arasında dəyişirdi. Bahalı səmənilər bəzəkli, müxtəlif formalı olanlardı.

Bəzi satıcılar və alıcılar onları çəkməyimizə, bazarda və yarmarkda çəkliş etməyimizə mane olsalar da, bəzi satıcılar və alıcılar isə gülərüzlə fotolarını çəkməyə razılıq verdilər.

Bayram əhval-ruhiyyəsi ilə bazardan ayrıldıq.

Nuranə Novruz






18 Mart, 2014  15:35 Baxılıb: 3451 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner