Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

GƏNCLƏR KÜÇƏLƏRƏ ÇIXMAYACAQ

“11 mart xalq günü” çağırışına az sayda “Facebook”-çu məhəl qoydu 

Bir neçə gündür “Facebook” sosial şəbəkəsində “11 mart – Böyük xalq günü” adlı qrup yaradılıb. Qrupun təşəbbüsü barədə 20 mindən çox aktiv “Facebook” istifadəçisi məlumatlandırılıb. Qrup yaradıcısı, Avropa Azərbaycanlıları Demokratiya uğrunda təşkilatının təsisçisi, hazırda Fransada yaşayan Elnur Məcidlidir. 
Onun sözlərinə görə bu qrupu yaratmaqda məqsəd kütləvi ümidsizliyi qırmaqdır: “11 mart tarixi təsadüfi olaraq seçilib. Ancaq bu, eyni zamanda Mübarəkin istefa verməsindən 1 ay sonrakı zamandır. Cabbar Savalan 11 Fevralda insanları Azadlıq meydanına çağırdığı üçün cibinə nəşə atılaraq həbs edildi. 11 fevralda Cabbar həbsdə olarkən Misirdə bir diktatorun sonu gəldi. 11 mart günü planlaşdırılan konkret bir şey yoxdur, “tamamilə xalqın təşəbbüsüdür. Azərbaycan xalqı, cəmiyyəti, fərdlər 11 martı özü necə görürsə o yöndə hərəkət edəcək. Bəlkə onlarla yüzlərlə fərqli aksiya, göstəri, etiraz olacaq, biri evindən bayraq asacaq, t-shirt geyinəcək, biri vərəqə yayacaq və s.”.

Simsar.az saytı həm ictimai nüfuza malik, həm də “facebook” sosial şəbəkəsində fəal iştirak edənlər arasında sorğu keçirib. Əməkdaşımız “11 mart xalq günü” adlı qrup barəsində məlumatlı olduqlarını, bu qrupun nə məqsədlə yaradıldığını, onların çağırışına necə cavab verəcəklərini öyrənib.


“Küçə və meydanlardan gələn dəyişikliklər heç bir xalqa xoşbəxtlik gətirməyib”

“Həftə içi” qəzetinin redaktoru Ceyhun Nağı bele qrupların yaradılmasını əhəmiyyətsiz hesab edir:

- Mən bu qrupun mahiyyətindən xəbərsizəm. Ölkədə təkamül nəticəsində dəyişikliklərin, yuxarıdan aparılan islahatların tərəfdarıyam. Küçə və meydanlardan gələn dəyişikliklər hələ heç bir xalqa xoşbəxtlik gətirməyib.

“Azərbaycandakı internet istifadəçiləri sosial şəbəkələrdəki çağırışlarla küçələrə çıxmaq səviyyəsinə hələ çatmayıblar”.

Ölkə.info informasiya portalının redaktoru Nicat Dağlar internetdən edilən çağırışıarı boşa itirilən vaxt hesab edir:

- 11 Mart - Böyük Xalq Günü qrupundan xəbərim var. Amma bu qrupa qoşulmamışam. Hələlik mən bu qrupun məqsəd və məramını özüm üçün dəqiqliklə müəyyən edə bilməmişəm. Bildiyimə görə, qrupun yaradıcıları xaricdə yaşayırlar. Belə bir qrup burada yaşayanlar tərəfindən yaradılsaydı, onların aqibətini təsəvvür etmək çətin deyil. O ki, qaldı qrupun hansısa çağırışı ilə küçəyə çıxıb-çıxmayacağıma, düşünürəm ki, bu tip çağırışların ünvanı mən deyiləm. Hər halda jurnalistlər söz demək, etiraz bildirmək imkanındadırlar və bunu da öz yazılarında nümayiş etdirilər. Digər tərəfdən, hesab edirəm ki, Azərbaycandakı internet istifadəçiləri sosial şəbəkələrdəki çağırışlarla küçələrə çıxmaq səviyyəsinə hələ çatmayıblar.

“Belə bir qrup haqqında məlumatlı deyiləm”

İctimai Palatanın üzvü Yeganə Əmiraslanovanın qrupdan xəbəri yoxdu:

- Bu qrup haqqında məlumatım olmadığı üçün sualları cavablandıra bilməyəcəm.

“Çağırışlar emosional, real və müasir olsun”

İctimai Palatının üzvü Rövşən Quliyev belə qrupların yaradılmasını müsbət qiymətləndiri:

- Bu qrupa üzv deyiləm, amma uğurlar arzulayıram. Gənclərimizi dəstəkləyirik. Çox yaxşı, amma çalışsınlar bütün çağırışlar qanuni olsun. Emosional, real və müasir.

“11 Mart qrupunun çağırışı necə olur- olsun nümayişlərə qatılmaram”

“Facebook” sosial şəbəkəsinin fəal üzvü Elçin Nəsib sosial şəbəkələrdə qruplar vasitəsilə çağırışlara yox deyir:

- Düzü qrupun yaradılması və nəzərdə tutulan fəaliyyətin nə olduğu barədə indi məlumat aldım. “11 Mart xaql günü” qrupunun çağırışı necə olursa olsun nümayişlərə qatılmaram. Silsiləli çevriliş və çevriliş cəhdləri olan bir dönəmdir.
Bu müxalifəti də “əldə qayırma” olan Azərbaycanın Siyasi Üstü tərəfindən hazırlanmış bir ssenari ola bilər. Əgər müəyyən bir devrim etmək niyyətindəyiksə, buna hazırlıq uzun müddətli, geniş əhatəli və kamil olmalıdır. Bir-iki ayın içində buna cəhd etmək və uğurla nəticələndirmək mümkün deyil.
Lap çıxdıq küçəyə kimlər öndərlik edəcək? Üzərimizə düşəcəklər nədir? Tam məqsədlər nədir? Və başqa məsələlərə elə həmin an, həmin saatda, həmin yerdə aydınlıq gələcək ya da müəyyən ediləcəksə, bu iş başından sakatdır demək.

“Belə hərəkatların təməli sosial şəbəkədə qoyulursa, qalibiyyət yoxdur”

“Bütöv Azərbaycan” qəzetinin müxbiri Şəhla Feyruzbəyli belə qruplarla maraqlanmadığını deyir:

- Belə bir qrupun yaradılmasından xəbərdaram. Dərindən maraqlanmamışam. Mənim üçün belə çağırışlar əhəmiyyətsizdir və heç vaxt belə çağırışlara görə küçəyə çıxmaram. Səbəbi aydındır, belə hərəkatların təməli sosial şəbəkədə qoyulursa, o heç vaxt qalib gələ bilməyəcək.

“Əgər bu cür çağırışlar ümidli bir gələcək vəd edirsə, niyə də olmasın”

“Facebook” sosial şəbəkəsinin fəal üzvü İslam Musa deyir ki, bu kimi qruplar bir ölkənin gələcəyi üçün müsbət vədlər verirsə, bu halda mitinqlərə qatılmağa hazırdır:

- Heç maraqlanmadım. Bu qrup haqqında heç bir məlumatım yoxdu. Bu qrupa üzv deyiləm. Əlbəttə aksiyalalar olsa çıxardım. Gələcəyimiz üçün əlbəttə çıxardım. Əgər bu cür çağırışlar ümidli bir gələcək vəd edirsə, niyə də olmasın.


“Polislər tərəfindən həmişəki kimi dubinka ilə yatırılacaq”

“Kanal 13” internet televiziyasının aparıcısı Ülviyə İsmət Azərbaycanda mitinq abu havasının olmadığını deyir:

- Bu qrupa üzv deyiləm! Mən jurnalist kimi, öz vəzifə borcumu yerinə yetirmək üçün orada ola bilərəm. Ümumiyyətlə, Misir, Liviya kimi olması ücün gərək tək müxalifət deyil, bütün xalq ayağa qalxa. Amma elə bir abu-hava görmürəm. Düşünürəm ki, bu sadəcə bir mitinq formasında səs-küy olacaq və polislər tərəfindən həmişəki kimi dubinka ilə yatırılacaq.

"O əjdahadan xaricdə varsa, niyə bizdə də olmasın"

Marka.az xəbər portalının təsisçisi Laçın Məmişov belə çağırışların plagiat olduğunu düşünür:

- Qrupun çağırışı ərəblərdən plagiatlıq etməkdən başqa bir şey deyil. "O əjdahadan xaricdə varsa, niyə bizdə də olmasın". Xatırlayırsınızsa "Narıncı inqilablar" dövrü yaşananda bizim də çox liderlərin qalstuku narincı rəng aldı. Amma dəyişən bir rəng oldu, mahiyyət olduğu kimi qaldı. Çağırışa o zaman çıxardım ki, hal hazırki ölkə rəhbərindən daha ağıllı, daha uzaq görən, daha dürüst bir siyasi fiqur meydana gələrdi.

Aynurə Həsənova 






3 Mart, 2011  18:11 Baxılıb: 2126 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner