Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“ŞAHVƏLƏD ÇOBANOĞLU NİYYƏT GÜDÜB”

İctimai Palata itirə-itirə...

İctimai Palatanın sonuncu iclasında Koordinasiya Şurasına üzv seçilən Şahvələd Çobanoğlu Şuradan çıxdığını bəyan edib. Buna əsas səbəb onun quruma üzv seçilməsinə Müsavat Partiyası nümayəndələrinin etirazı olub. 

Daha doğrusu, Rauf Arifoğlu, Qənimət Zahid, Şahvələd Çobanoğlu, Ədalət Yusifli, Köçəri Nağıbəyli, Zəfər Quliyev və Mehriban Vəzir Koordinasiya Şurasına üzv seçilmələrinə İctimai Palatanın iki üzvü- Müsavat funksioneri Arif Hacılı və onun qardaşı, «Demokrat» qəzetinin baş redaktor Mustafa Hacıbəyli etiraz edib.

A.Hacılı Simsar.az-a açıqlamasında bildirib ki, Koordinasiya Şurasının üzvü olanlar hətta İctimai Palatanın iclasında iştirak etməyib.

Palatanın digər üzvü M.Hacıbəyli də Şuranın tərkibinin genişləndirilməsinə etiraz edib. «Pənah Hüseyn hansı qəzetin baş redaktoru ilə dostdursa, gətirib üzv edib. Çıxmayan qəzetin baş redaktorunu da Şuraya üzv seçiblər».

«Çıxmayan qəzet» kəlməsi Ş.Çobanoğlunu müraciətlə çıxış etməsinə səbəb olub.

«Təəssüf ki, çox obyektiv səbəbdən - həmin gün övladımın tibbi əməliyyat keçirməsinə görə iclasda iştirak etməmişəm. Sonradan iqtidar KİV-lərindən verilən, lakin cavab vermədiyim suallardan öyrəndim ki, Müsavat fəalı Mustafa Hacılı qəzeti çıxmayan bir redaktor kimi mənim Koordinasiya Şurasına üzv seçilməyimə qarşı çıxıb. Özlüyündə çox normal haldır. Amma mən son vaxtlar ardıcıl nümayiş etdirilən münasibətlərdən bilirəm ki, mənə qarşı bu yanaşma Müsavat Partiyasının rəhbərliyindən gəlir» deyə, müraciətdə bildirilir. Müraciətin sonunda Ş.Çobanoğlu Koordinasiya Şurasından çıxdığını bəyan edib.

Simsar.az Ş.Çobanoğlunun müraciətinə cavab olaraq İctimai Palatanın üzvü, «Demokrat» qəzetinin baş redaktoru Mustafa Hacıbəylinin münasibətini öyrənib.

«Əslində, etirazım Pənah Hüseynə idi. Şuraya seçim standartları bəlli deyildi. Pənah Hüseyn dedi ki, iki baş redaktorun namizədliyini şəxsən irəli sürüb. Onların qəzetləri ölkənin ən tirajlı nəşrləridir. Amma çıxmayan qəzetin də baş redaktorunu Şuraya üzv seçdilər.
Bu bir daha göstərdi ki, seçim standartları yoxdur».

Ş.Çobanoğlunun siyasi fəaliyyətinə gəlincə, M.Hacıbəyli bildirdi ki, o, uzun illərdir Müsavat Partiyasının əleyhinə mövqe sərgiləyir: «Onun müraciətində niyyət Müsavat Partiyasına qarşı mövqeyini ortaya qoymaq olub. Mən iclasda Müsavat Partiyası rəhbərliyinin mövqeyini ifadə etməmişəm. Şəxsi fikirlərim olub. Görünür, İctimai Palatanın iclasındakı fikir ayrılıqlarından Şahvələd Çobanoğlu Müsavat Partiyasına qarşı istifadə etmək niyyəti güdüb».

Ruslan






3 Mart, 2011  17:29 Baxılıb: 1597 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner