Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“MƏDƏNİYYƏT” KANALINA LAYİHƏ QƏBULU DAVAM EDİR

Kanal verilişlərin sayını artırıb

Fevralın 14-də Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin tərkibində “Mədəniyyət” adlı yeni televiziya kanalı fəaliyyətə başladı. Telekanalın açılışı Beynəlxalq Muğam Mərkəzində baş tutdu. Kanalın təntənəli açılışından dərhal sonra 3-cü Muğam müsabiqəsinə start verildi. 

16 gündür fəaliyyət göstərən “Mədəniyyət” kanalında hələ ki, tamaşaçılara daha çox layihələr təqdim etmək üçün hazırlıq işləri gedir.

“Mədəniyyət” kanalı gündüz saat 12.00-dan gecə 02.00-a qədər fəaliyyət göstərir.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Simsar.az saytına bildirib ki, bu müddətdə kanal verilişlərin siyasını xeyli əlavələr edib: “Mədəniyyət” kanalında mədəniyyətin müxtəlif sahələrini əhatə edən verilişlər yayımlanır. Bu verilişlər əsasən maarifləndirici xarakterdədi. Kanalda iki dəfə xəbərlər olur. Kanal həmçinin konsertlərdən, televiziya tamaşalarından, sərgilərdən sujetlər və proqramlar da hazırlayır. Bu yaxınlarda “Mədəniyyət” kanalında Rəsul Rza haqqında çəkilmiş filmin primyerası oldu. Filmlər, melodramalar da kanalda işıqlandırılır ”.

X.Qasım sözlərinə görə, “Mədəniyyət” kanalına layihə qəbulu davam edir və hər kəs Aztv-nin saytına daxil olaraq ideyasını yazılı formada saytın “layihələr” adlanan bölməsinə göndərə bilər: “Layihələr kanalın proqram siyasətinə uyğun gələrsə, həmin layihənin rəhbəri ilə əməkdaşlıq da gerçəkləşəcək”.

Aynurə Həsənova






3 Mart, 2011  17:26 Baxılıb: 1671 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner