Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“GÖRÜŞ YERİ”-Nİ İLHAMƏ QULİYEVA HİTƏ ÇEVİRDİ -EKSKLÜZİV

Bəyimxanımdan sonra xalq artisti mahnıya can verdi

Son zamanlar radio dalğalarında Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın ifasında növbəti bir mahnı hitə çevrildi. Sözləri Sona xanım Vəliyevaya məxsus olan “Görüş yeri” adlı mahnını İlhamə xanmdan sonra xalq mahnılarının ifaçısı Bəyimxanım Mirzəyevadan eçitdik. Bir müddət əvvəl İlhamə xanımın öz mahnilarını başqa müğənnilər tərəfindən oxunmasını qadağan etdiyini əsas tutaraq, xalq artisti ilə əlaqə saxladıq. Bəyimxanımın bu mahnıya müraciət etməsini sakitliklə qarşılamasının səbəbini öyrəndik. simsar.az-a ekskluziv açıqlamasında İlhamə xanım bildirdi ki, sözügedən mahnını Bəyimxanım ilk dəfə öz toyunda oxuyub. Elə həmin gün də mahnının müəllifləri tərəfindən İlhamə xanımdan “Görüş yeri”-ni oxuyub repertuarına salınması xahiş olunub. “Bəyimxanımın toyunda mahnının müəllifləri məndən rica etdilər ki “Görüş yeri”ni mən oxuyum və radiolarda sələndirim. Mən də çox istədiyim dostlarımın təklifini qəbul etdim” –deyən xalq artisti Bəyimxanımın da mahnını yaxşı oxuduğunu vurğuladı. “Bəyimxanım mahnını özünəməxsus ifa edib, mən də İlhamə kimi oxumuşam”. Qeyd edək ki, İlhamə xanım bu mahnıya klip çəkdirmək fikrində olduğunu da söylədi. “Amma buna baxmayaraq, Bəyimxanım da bu mahnıya klip çəkdirsə, normal qarşılayaram, çünki mahnını birinci dəfə Bəyimxanım oxuyub. Dinləyiciyə isə mən təqdim etmişəm.”
Amma etiraf etmək də lazımdır ki, xalq artistinin ifasında “Görüş yeri” adlı mahnı dinləyicilər tərəfindən yüksək səviyyədə qəbul edildi. Hər zaman olduğu kimi bu mahnı da İlhamə xanımın ifasında hitə çevrildi. Bu ifadan sonra isə Bəyimxanımın ifası o qədər də uğurlu alınmadı.


Simsar.az






3 Mart, 2011  17:20 Baxılıb: 2446 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner