Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Açıqlanmayan hesabat hakimiyyəti qəzəbləndirib

“Faktaraşdırıcı missiyanın hesabatı vaxtında açıqlanmalıdır”

“Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq aparmış ATƏT-in faktaraşdırıcı missiyası işini çoxdan yekunlaşdırıb. Missiya monitorinqin nəticələri ilə bağlı hesabatını hələ ötən il açıqlamalı idi. Təəssüf ki, hesabat hələ də açıqlanmayıb və bunun səbəbi haqqında da heç bir məlumat verilmir”.


APA-nın xəbərinə görə, bunu YAP-ın saytına açıqlamasında Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.


B. Muradova bildirib ki, bu məsələ ATƏT Parlament Assambleyasının qış sessiyası zamanı qaldırılıb. Onun sözlərinə görə, işğal olunmuş ərazilərdəki vəziyyət ölkəmizin ictimaiyyətinə məlumdur: “Amma missiyanın hesabatı Azərbaycan üçün ona görə əhəmiyyətlidir ki, həmin hesabatdakı faktlar Ermənistanın işğalçılıq mahiyyətini və işğal olunmuş ərazilərimizdə beynəlxalq hüquqa zidd addımların atılmasını bir daha dünya ictimaiyyətinə çatdıracaq. Biz tələb edirik ki, ATƏT və onun strukturları öz öhdəliklərinə əməl etsin. Onların öhdəliyindən biri də bu hesabatı vaxtında açıqlamaqdır. Məlum olduğu kimi, faktaraşdırıcı missiyanın bölgəyə səfəri məsələsi BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı sənədin müzakirəsi ərəfəsində ortaya çıxmışdı. Bu missiya ilə bağlı təklif veriləndən sonra Azərbaycan tərəfi həmin sənədin BMT-də müzakirəsini təxirə saldı. Hesab edirəm ki, hesabatın açıqlanmaması BMT-nin də bu yöndəki işinə mane olur. Hesabat açıqlanarsa, işğal olunmuş ərazilərə dair məlumatlar daha dolğun olar. Bu, eləcə də, istər danışıqlar, istərsə də beynəlxalq təşkilatlarda müzakirələr zamanı istinad üçün mühüm bir sənədə çevrilə bilər”






3 Mart, 2011  16:44 Baxılıb: 1335 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner