Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Lizinq yolu ilə texnikaya tələbat artıb

Qaydaların sadələşdirilməsi fermerləri hərəkətə gətirib

Bu ilin yanvarından lizinq yolu ilə kənd təsərrüfatı texnikalarının satışı şərtlərin yumşaldılmasından sonra bölgələrdə bu imkanlardan yararlanmaq istəyən fermerlərin sayı artıb. “Aqrolizinq” ASC-dən Lent.az-a verilən məlumata görə, bu ilin ilk iki ayında qurumun rayonlarındakı filiallarına daxil olan müraciətlərin əksəriyyəti Mərkəzi Aran və qərb bölgəsindəki fermerlərin payına düşür. Qaydaların sadələşdirilməsindən sonra daxil olan müraciətlər əsasında yüzlərlə texnika alqı-satqı yolu ilə artıq sahibkarlara təhvil verilib. 


Səhmdar Cəmiyyətdə bildirirlər ki, lizinq yolu ilə kənd təsərrüfatı texnikası almaq istəyən fermerlər texnikaların dəyərinin 10 faizini əvvəlcədən, qalan hissəsini isə 9 il ərzində ödəyə bilər. Səhmdar Cəmiyyətin təkcə Gəncədəki filialından son iki ayda 123 traktor, 117 şum kotanı və 2 ədəd traktor qoşqusu satılıb.


Xatırladaq ki, “Aqrolizinq” ASC 2010-cu ilin sonunadək dövlət vəsaiti hesabına aldığı 10 min 334 kənd təsərrüfatı texnikasından cəmi 4 min 254-ü lizinq yolu ilə fermerlərə satıb. Yerdə qalan 6 min 80 texnika ya fermerlərə icarəyə verilib, yaxud da aqroservis mərkəzlərinin anbarlarında saxlanılır. Bu texnikalar 55 rayonda aqroservis filiallarının nəzdindəki 100-dən artıq mexanikləşdirilmiş dəstələr vasitəsilə fermerlərə pullu xidmət göstərir.






3 Mart, 2011  15:36 Baxılıb: 1734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner