Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

NATO Liviyaya müdaxilə etməyə hazır deyil

Alyans daxilində ciddi fikir ayrılığı var.

NATO hələ Liviyada hərbi əməliyyat keçirməyə hazır deyil. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Brüsseldəki diplomatik mənbə bildirib ki, NATO-nun Şimali Afrikadakı vəziyyətlə bağlı iclasının yekunu belə olub.

Qeyd olunub ki, NATO diqqətlə hadisələri izləyir və Liviya lideri Müəmmər Qəddafiyə qarşı hərbi əməliyyatdan söhbət getmir.

Ancaq Şimali Atlantika Alyansının toplantısının yekunları ilə bağlı rəsmi açıqlama verilməyib. Alyansın daxilində Liviyaya müdaxilə məsələsində fikir ayrılığı var. ABŞ və Böyük Britaniyadan fərqli olaraq, Avropa ölkələrinin əksəriyyəti NATO-nun bu problemin həllinə müdaxilə etməsinə qarşı çıxır. Liviyanın özündə də tərəflər xarici müdaxiləyə qarşı çıxırlar.

Bu arada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi Liviyada zorakılıqla bağlı araşdırmaya başlayıb.






3 Mart, 2011  14:04 Baxılıb: 1388 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner