Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maşın sahibi olmaq istəyənlərə müjdə: Azərbaycanda avtomobillər ucuzlaşacaq

İqtisadçı-ekspert: “Yaxın aylarda avtomobillərin qiymətləri 15 faiz düşəcək”.

Gömrük sistemində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə “bir pəncərə” prinsipinin tətbiqinə başlanılması avtomobil bazarında qiymətlərin dəyişməsinə gətirib çıxarıb. İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, “bir pəncərə” sisteminin tətbiqi nəticəsində avtomobillərin rəsmiləşdirilməsi xərclərinin azaldılmasının bazara təsir edəcəyi proqnozlaşdırılırdı. Artıq avtomobillərin qiymətində müəyyən azalmaların müşahidə olunduğunu vurğulayan Vüqar Bayramov bildirir ki, bu tələbatın aşağı düşməsi ilə deyil, gömrük sistemində dəyişikliklərlə bağlıdır: “Monitorinqlərimiz göstərir ki, avtomobillərə tələbat dəyişməyib. Eyni zamanda hələlik təklifin artması da müşahidə edilmir. Yalnız son iki həftədə avtomobillərin qiyməti orta hesabla 5 faiz aşağı düşüb. Əsasən Avropadan idxal edilən və, eləcə də matoru daha böyük at gücünə malik avtomobillərin qiymətlərində ucuzlaşma var.Gömrük sistemində yeni qaydaların tətbiqi, müşahidə edilən tendensiyalar avtomobillərin qiymətlərində azalmaların davam edəcəyini söyləməyə əsas verir”.

Vüqar Bayramov bildirir ki, avtomobillərin sənədləşdirmə xərclərinin azalması maya dəyərin aşağı düşməsinə səbəb olub: “Avtomobillərin gömrük sənədləşdirilməsinin asanlaşdırılması, dövlət nişanlı nömrələrin alınması prosedurunun yüngülləşdirilməsi avtomobil idxalını stimullaşdıracaq. Mart ayından başlayaraq ölkəyə daxil olan avtomobillərin sayında artımlar müşahidə ediləcək. Bu da təklifin artması demək olacaq ki, proses qiymətlərə təsirsiz ötüşməyəcək”.

Ekspertin qiymətləndirməsinə əsasən, yaxın aylarda avtomobillərin qiymətləri 15 faiz düşəcək: “Bu azalma həm Avropada istehsal edilən avtomobillərə və keçmiş sovet maşınlarına aid olacaq”. O yeni avtomobillərin qiymətlərində də azalmaları istisna etmir: “Ən çox azalma matoru böyük at gücünə malik bahalı avtomobillərin qiymətlərində ola bilər. Belə ki, əvvəllər həmin avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı ödənilən qeyri-rəsmi ödənişlərin həcmi kifayət qədər böyük idi”.






3 Mart, 2011  13:36 Baxılıb: 1775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner