Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İmkanlı adamlar bəstəkarlara pul verib nəvələrinə, övladlarına mahnılar yazdırırlar"

"Muğam" teatrının direktoru: "Bəstəkarlarımız mahnını ona-buna satmaq üçün yazırlar”.

Uşaq mahnıları niyə yazılmır?

"Azərbaycanda uşaq mahnılarını imkanlı adamlar pul müqabilində nəvələrinə, övladlarına yazdırırlar. Amma ümumikdə uşaqlara, onların tərbiyəsinə aid mahnılar yazılmır”. Bu fikri Milli.Az xəbər portalına açıqlamasında Əməkdar İncəsənət xadimi, "Şöhrət" ordenli, "Muğam" teatrının direktoru və baş rejissoru Arif Qaziyev deyib.
 
A.Qazıyev bunu ölkədə uşaq mahnıları yazan bəstəkarların yoxluğu ilə əsaslandırıb. Onun sözlərinə görə, hazırda uşaq mahnıları yazan bəstəkarların hamısı rəhmətə gedib: "O vaxtlar Fikrət Əmirov, Qəmbər Hüseynli, Səid Rüstəmov da uşaq mahnıları yazıb. Hətta Qara Qarayevin də uşaq mahnları var idi. O vaxt uşaq mahnılarına maraq vardı. Sovet dövrünün təbliğatı bəstəkarları da uşaq mahnıları yazmağa təhrik edirdi. Necə ki, pambıqçılar, neftçilər haqda mahnılar bəstələyirdilər. İndiki bəstəkarlar isə mahnını ona-buna satmaq üçün yazırlar".

A.Qazıyev qeyd etdi ki, hazırda uşaqlarımızın özəl proqramları, musiqiləri yoxdur: “Uşaqlar ağzını açaq kimi Aygün Kazımovanı, Röyanı, Aygün Bəylərin mahnısını oxuyurlar. Uşaqlarımız hazırda proqramsız qalıblar. Uşaqları tərbiyə etmək üçün gərək verilişlər hazırlansın, onlara uşaq mahnıları öyrətmək lazımdır. Əvvəllər uşaq xoru vardı, hətta məktəblərdə də belə uşaq xorları təşkil olunurdu. İndi uşaqlar 10 yaşından başlayırlar ara mahnıları oxumağa və qulaq asmağa".
 
Muğam Teatrının direktoru hesab edir ki, uşaqlar musiqisiz qalanda, öz yaşına uyğun olmayan musiqiyə qulaq asanda, vaxtından əvvəl qocalırlar.

"Hazırda uşaqlar vaxtından əvvəl yaşlarına uyğun gəlməyən mahnılara qulaq asırlar, oxuyurlar, 10 ildən sonra həmin mahnılar onları boğaza yığır. Axı mahnıların davamı gəlmir. Çünki yaxşı mahnı az yazılır, yazılan mahnıların əksəriyyəti ara mahnılarıdır, toyxanalarda ifa olunur".

Əməkdar incəsənət xadimi təklif edir ki, problemi həll etmək üçün dövlət səviyyəsində uşaqlar üçün repertuar hazırlanmalıdır: "Şairlərə uşaqlar haqda şeirlər yazması, bəstəkarlara isə uşaq mahnısı bəstələməsini tapşırmaq lazımdır. Bu mahnıları dövlət almalıdır. Belə olan halda bəstəkarlar yazarlar".






3 Mart, 2011  12:59 Baxılıb: 2136 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner