Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məcburi köçkünlərin tutduqları evlər 3-4 il ərzində sahiblərinə qaytarılacaq

“1992-98-ci illərdə məcburi köçkünlər harada məskunlaşıbsa, öz yurdlarına qayıdana və ya həmin şəxslərə yeni şəraitdə mənzillər təklif olunana qədər o mənzillərdən çıxarılması dayandırılır.

Ölkə prezidentinin bununla bağlı sərəncamı var və biz bu sərəncamın icrasına nəzarət edirik”.

APA-nın məlumatına görə, bu fikirləri baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Komitə sədri deyib ki, bəzi hallarda bu sərəncamın icrası pozulur: “Ancaq yerli əhali ilə məcburi köçkünlər arasında mübahisə yaratmamaq üçün ölkə prezidenti Dövlət Proqramına əlavələrdə bu prosesi tənzimləyəcək bənd nəzərdə tutub. Qərara əsasən, Bakı və Sumqayıt şəhərlərində 1992-93-cü illərdə yerləşdirilmiş olan ailələrin növbəti 3-4 il ərzində tədricən çıxarılması və onların yeni mənzillərə köçürülməsi, həmin mənzillərin isə əvvəlki sahiblərinə qaytarılması nəzərdə tutulub. Hesab edirəm ki, bu problem tədricən həll olunacaq”.

Ə. Həsənov bildirib ki, Avropa Məhkəməsi tərəfindən mənzil hüquqları pozulmuş 14 ailə ilə bağlı qərar çıxarılıb: “Bizim tərəfimizdən həmin mənzillərdə məskunlaşan köçkünlər çıxarılıb və mənzillər öz sahiblərinə qaytarılıb. Bu tendensiyanın daha da aktivləşməməsi üçün ölkə prezidenti Dövlət Proqramına məlum əlavəni edib. Biz Avropa Məhkəməsini də məlumatlandırmışıq ki, dövlət bu problemlə məşğuldur. Tədricən biz bu evləri sahiblərinə qaytaracağıq”.






2 Mart, 2011  20:29 Baxılıb: 1434 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner